"Çıxarmaq istəyirlərsə buyursunlar çıxarsınlar amma..." - AMİP FUNKSİONERİ MÜNASİBƏT BİLDİRDİ

"Çıxarmaq istəyirlərsə buyursunlar çıxarsınlar amma..." - AMİP FUNKSİONERİ MÜNASİBƏT BİLDİRDİ

“Hər bir vətəndaşın sərbəst toplaşmaq hüququ var. Yəni Azərbaycan Respublikasının Konstitusiyasına görə, insanlar mitinqlər, küçə yürüşləri keçirə bilərlər. Bu son bahalaşma bir qədər insanlarda narazılıq yaratdı. Amma inanmıram ki, müxalif qüvvələr tərəfindən keçirilməsi nəzərdə tutulan aksiyalara insanlar qatılsınlar, küçələrə çıxsınlar və etiraz etsinlər”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, insanlar hansısa partiyanın çağırışına qoşulub, küçələrə çıxmayacaqlar: “Demək olar ki, adları çəkilən şəxslərin məqsədləri nədir, özləri bilərlər, amma reallıq budur ki, kütləvi aksiyaların baş tutacağı inandırıcı deyil. Yəni adı gedən şəxslərin çağırışı ilə ən azı 10 minlərlə insanların küçələrə çıxacağı inandırıcı deyil. Əgər çıxarmaq istəyirlərsə buyursunlar çıxarsınlar görək necə çıxaracaqlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə