Fəlsəfədə nihilizm heç bir şeyin var olmadığını, heç bir şeyin bilinməyəcəyini müdafiə edən düşüncə tərzidir. Nihilizm həm bilik fəlsəfəsiylə, həm dəyər fəlsəfəsiylə, həm də varlıq fəlsəfəsiylə əlaqəli olan bir təlimdir. Nihilizm təlimi, bilik fəlsəfəsində hər cür biliyin bir aldanma olduğunu, biliyin mövcud olmadığını, əxlaq fəlsəfəsində insan hərəkətlərini tənzimləyən dəyərlərin olmadığını, varlıq fəlsəfəsində isə heç bir şeyin mövcud olmadığını müdafiə edir.
Bəs erməni nihilizmi nədir? Bəli, fəlsəfədə olmasa da, qonşuluğumuzda yaşayan bu homosapiens toplumunun – “hay” adı verilən milli azlıqların düşüncəsində, həyatında, digər cəmiyyətlərlə münasibətlərində “erməni nihilizmi” deyilən “xəstəlik” mövcuddur. Yumşaq desək, özünə sərf etməyən nə varsa onu yalana çıxaran “hay”lar – ermənilər dövlət halına gəldikləri 1918-ci ildən bu yana baş verən hadisələri tam tərsinə yozmağa, bu coğrafi ərazidə hazırda mövcud olan dövlətlərin tarixindən fərqli olaraq öz tarixlərini təhrif olunmuş şəkildə özgələrə sırımağa çalışıblar. Sanki erməni tarixçilərinin yazdığı Cənubi Qafqaza yox, yer kürəsinin başqa coğrafiyasına aiddir. Əslində, tarix kitabları yazılanda qonşu xalqların, dövlətlərin tarixinə, bu ərazilərdə baş vermiş hadisələrə 20-30 faiz uyğunluq olmalıdır. Ermənilərdə isə bu, istisnadır.
Yaxın tariximizi – 20-25 il bundan əvvəl baş verən hadisələri götürək. Erməni silahlı birləşmələri fevralın 25-dən 26-a keçən şaxtalı fevral gecəsində sovet ordusunun dəstəyi ilə Xocalı şəhərinə hücum edir, yüzlərlə insanı azərbaycanlı olduqları üçün amansızcasına qətlə yetirir, 2 mindən çox Xocalı sakini əsir götürülür və bu qətliamı erməni silahlılarının rəhbərləri də, sonradan qondarma dövlətin – Ermənistanın prezidenti olmuş şəxslər də etiraf edir və sonra... Sonra isə Xocalı faciəsində iştirak etmək bir yana, hətta bu nihilist millət günahkarların hətta azərbaycanlıların özləri olduğunu iddia etməyə başlayırlar. Bu təbliğatı sağda-solda o qədər cahillikcə aparırlar ki, özləri də öz yalanlarına inanırlar.
Yeri gəlmişkən, erməni nihilizmi özünü çox təhlükəli şəkildə göstərir. Ermənilər öz uydurmalarını, baş vermiş hadisənin təhrifini o qədər hiyləgərliklə təbliğ edirlər ki, hadisədən bixəbər olan qonşu xalqlar belə erməni yalanlarına bir müddət inanmaq zorunda qalırlar.
... Bu hadisəni mənə 1992-ci il fevralın 25-də İranda səfərdə olmuş tanınmış rejissor, Türkiyənin Qazi Universitetinin professoru Əflatun Nemətzadə danışıb. Deyir, biz İranda 3 günlük səfərdə olduğumuz müddətdə Xocalı faciəsi baş verdi. Bizə xəbər çatanda düşündük ki, Tehranda fevralın 26-da keçiriləcək yüksək səviyyəli toplantı ermənilərin biz müsəlmanların başına gətirdikləri müsibətin əyani sübutu üçün unikal imkan və məkan ola bilər. Və biz bu fürsəti dəyərləndirmək istədik. Amma, gözlədiyimizin tam tərsi ilə üzləşdik. Baş vermiş faciəni fotofaktlarla sübut etmək imkanımız olmasa da, erməni silahlılarının Sovet ordusunun 366-cı alayının hərbi-texniki, əsgəri dəstəyi ilə Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklər barədə toplantıda iştirak edən və əksəriyyəti azərbaycanlı – türk olan ayətullahlara, din xadimlərinə anlada biləcəyimizi düşündük. Onlar bizi sakincəsinə dinlədilər və sanki hadisədən xəbərdar imişlər kimi bir tərzlərinin olduğunu gördük. Düşündük, yəqin bunlar hesab edirlər ki, biz ermənilərə iftira atırıq, ya da ən azından yalan danışırıq. Bir din xadiminin çıxışı isə...
O, yerindən ağır-ağır qalxıb: “Biz bir millətik, dinimiz, imanımız birdir, hamımız insan övladıyıq. Müharibələrdə insan ölümü, təbiidir. Amma uşağa, qocaya, günahsız insanlara qarşı qəddarlıq nə bizim dinimizdə, nə də erməninin inandığı dində var. Dinimiz bir olasa da, qanımız bir olsa da sizin ermənilərə qarşı etdiklərinizə biz şərik ola bilmərik”, deyib əlindəki bir topa fotoşəkili bizə sarı uzatdı. Gözlərimizə inanmadıq, Xocalı sakinləri olan uşaq, qadın, qoca meyitləri ermənilər kimi qələmə verilirdi. Onlara bu şəkillərin azərbaycanlılara aid olduğunu israrla desək də, hiss etdik ki, kimsə bizə inanmadı. Artıq erməni yalanı burada – İranın baş kəndi Tehrana hadisədən qabaq çatmışdı. Tehranda yaşayan bir ovuc erməni toplantı iştirakçılarına bizdən qabaq bütün “faktlar”ı örürə bilmişdi. Və nəhayət, iranlı “soydaşlarımız” bizə yox, onlara “faktlar”ı birinci çatdıran ermənilərə inanmışdılar. Həm də heç bir araşdırma aparmadan.
Bu yaxınlarda Ermənistan parlamentinin üzvü, bu ölkənin AŞPA-da nümayəndə heyətinin üzvü Naira Zohrabyan çıxışında çox mətləblərə toxunub və Azərbaycan-Ermənistan sərhədində baş verənlərə ermənisayağı yanaşmadan tutmuş, “Qarabağ xalqı”nın gələcək taleyinə yenə ermənicə münasibət bildirməyə qədər siyasi nihilizm xəstəsi olduğunu isbat edib, iftiralarını sağa-sola səpib. Və ən əsası, bu siyasi göstəbək özünü axırıncı erməni yerinə qoyaraq Azərbaycanın 29 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və 2020-ci il 10 noyabr bəyannaməsindən sonra azad edilmiş Kəlbəcər rayonu haqqında görün, nə deyir: “Azərbaycan tərəfi Varanda (Füzuli), Crabert (Cəbrayıl), və Aknanın (Ağdam) onlara aid olduğunu deyir. Hərçənd biz bununla razılaşmırıq. Amma Şaumyan rayonunun (???) Karvaçar (Kəlbəcər) qəsəbəsinin Azərbaycana aid olması isə tam absurddur. Biz yüz illərlə burada yaşamışıq. Babalarımızın qəbirləri var orada”. Halbuki, Sovet dövründə belə Laçın, Qubadlı, Zəngilan və xüsusən də Kəlbəcərdə bir erməni “dığa”sı belə yaşamayıb. Görün, “erməni nihilizmi” xəstəliyi artıq pandemiya səviyyəsinə çatıb. Bu millətin ağıllısı – siyasətçisi və hətta millət vəkili Naira Zöhrabyan belə düşünürsə, Şurnuxu sakini Arakelin: “Bəs biz heyvanlarımızı harada otaracağıq. Min illər boyu Varandaya (Füzuli) qədər ərazilər bizim örüş yerlərimiz olub”, deməsi sizə heç də təəccüblü görünməsin. Bu xəstəlik ermənilər arasında daha çox metastaz verəcək, “hay”ları zəlil gününə qoyacaq.
Ermənilərin ikinci xəstəliyi “şıltaq uşaq” xəstəliyidir. Dəyərli oxucular bu siyasi xəstəliyin artıq tarixdə proletarların “dahi” lideri V.İ.Leninin yazdığı “Kommunizmdə “solluq” uşaq xəstəliyi” əsəri olduğunu düşünərlər. Bəli, ideyaca, həm də simptomlarına görə hər iki xəstəlik eynidir. Kommunist lider siyasi təriqətçiliyin hər cür təzahürlərinə qarşı mübarizədə bu əsərin onlara daim yardım göstərdiyini deyirdi. Ermənilərin bu xəstəliyi isə əsərin tezislərindən çıxış edərək özünü daha çox siyasi təriqətçiliyin bir növü olan “şıltaq uşaq” kimi aparmaqdır. Erməni siyasətçilərin çıxışlarına diqqət edin, onlar Ermənistanın xaltasını tutan dövlətləri, din qardaşlarını, ermənilərin işğalçılıq siyasətinə dəstək olan beynəlxalq təşkilatları hələ də ittiham edir, sanki bu ölkələr, xalqlar ermənilərə borclu imişlər kimi bir tərz nümayiş etdirirlər. Naira Zohrabyanın da AŞPA-da çıxışı təxminən bu auraya köklənmişdi. Bu qadın parlamentarilərə sifarişi sifariş dalınca verirdi: “Azərbaycana sanksiyalar tətbiq edin, Avropa banklarındakı hesabları bağlayın, Azərbaycan sərhəddən geri çəkilsin, “Arsaxı tanıyın, Kəlbəcər və Laçından Azərbaycan geri çəkilsin”. Bu, Zohrabyanın ifasında nihilizm, uşaq şıltaqlığı, cığallıq, tarixi unutmaq, özündən müştəbehlik deyil, bəs nədir? Belə tarixini, etnosunu, sağını, solunu bilməyən, üstəlik yalançı və iftiraçını millət vəkili seçmək nə deməkdir, burada ermənilərin məqsədi nədir?
Növbəti fakt. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası prosesi gedir. Rəsmi Bakı bütün norma və qaydalara uyğun olaraq və əsasən keçmiş Sovet dövründə mövcud olan xəritələrə istinad edərək bu məsələni özü aparır. Ermənistan isə Romada “daş üzərində” hansısa debil tərəfindən cızılmış xəritəyə istinad edərək prosesə əngəl törətmək istəyir. Azərbaycanın guya Ermənistan sərhədini pozmasını əsas gətirərək rəsmi İrəvan bütün beynəlxalq qurumlara müraciət etdi və Bakının cəzalanmasını istədi. Hətta özünün son sığınacağı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müqavilənin 2-ci bəndinə uyğun olaraq Azərbaycana qarşı hərbi müdaxilə olunması kimi absurd təkliflər irəli sürməyi belə ağlından keçirdi. KTMT üzvləri toplansa da İrəvanın arzusunu gözündə qoydu və...
Və bu yaxınlarda KTMT-nin belaruslu Baş katibi S.Zas ermənilərin bütün ehtimallarına son qoydu. Açıqlamasında Azərbaycanın Ermənistanın sərhədlərini pozmadığını ərz etməsi və buna görə də Bakıya qarşı heç bir tədbir görülməyəcəyini söyləməsi Ermənistanda təşviş yaradıb və hətta KTMT-dən çıxmaq kimi hədələr eşidilməyə başlanıb. Bir sözlə Ermənistan yalnız tələb edir və bunu təşkilat üzvlərinin borcu olduğunu deyir. Amma özünün işğalçılıq əməllərinə heç bir don geyindirə bilmir, əksinə ortaya yalançı faktlar qoyur. Yalançının isə...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB