“Parlaq qələbəmizi ermənilərlə yanaşı, müxalifət də həzm edə bilmir” ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Parlaq qələbəmizi ermənilərlə yanaşı, müxalifət də həzm edə bilmir” ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Bu gün dünyada iki qüvvə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfəri həzm edə bilmir. Birinci qüvvə ermənilərdi. Ermənilər acı məğlubiyyətlərini həzm edə bilmirlər. İkinci bir qüvvə isə, özünü radikal müxalifət adlandıran müxalif qüvvələrdir”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, müxalifət gündəmdə qalmaqdan ötrü sosial şəbəkələrdə müxtəlif böhtan, şər və təxribat xarakterli yazılar yazırlar: “Son zamanlar müxaliflər Tarif Şurasının kommunal xidmətlərlə bağlı çıxardığı bir necə qərarı əllərində bayraq tutaraq çalışırlar ki, yenə də gündəmə gəlsinlər. Onlar hər hansısa bir məsələni şişirdərək çalışırlar ki, öz maraqları üçün istifadə etsinlər və hər hansı bir təxribat hərəkətlərə yol versinlər. Yəni sosial şəbəkələr vasitəsi ilə müxtəlif növ çağırışlar edərək insanları aksiyalara çağırırlar. Biz dəfələrlə sözügedən müxalifət qüvvələrinin bu cür addımlarının, çıxışlarının şahidi olmuşuq. Demək olar ki, hər zaman müxalifətin bu cür çıxışları, çağırışları fiaskoya uğrayıb. Çünki bu çıxışların çağırışlarına, çıxışlarına heç kəs qatılmaq istəmir. Hər kəs çox yaxşı bilir ki, onların bu cür hərəkətlərə əl atması özlərinin şəxsi maraqları ilə bağlıdır. Ümumiyyətlə, sözügedən müxalifətin nə etməsindən və nə deməsindən asılı olmayaraq heç vaxtı onlar öz istəklərinə çatmayacaqlar. İndi keçirmək istədikləri mitinq də digər mitinqlər kimi baş tutmayacaqdır. Çünki xalq onları dəstəkləmir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə