Siyavuş Novruzov: “Müxalifətin dialoq aparmağa hər hansı potensialı yoxdur” - MÖVQE
"Biz dialoqla bağlı həmişə təkliflərimizi vermişik. Lakin müxalifətin dialoq aparmağa hər hansı potensialı yoxdur". SİA-nın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib: "O, ki, dialoq o tərəflər arasında aparılır ki, həmin tərəflər bərabər səviyyədə olur. Onlar cəmi iki-üç adamdır, onlarla da nə dialoq aparmaq olar? Bu, mənasız bir şey olar".
S.Novruzov eyni zamanda parlamentdə təmsil olunan müxalifət partiyaları ilə dialoq apardıqlarını da vurğulayıb: "Bu proseslər gedir. Kim ki, özünü cəmiyyətdən kənarda tutur, cəmiyyətə qoşulmur, bu, artıq onların problemdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB