Uşaqlar dövlət tərəfindən həmişə qayğı və diqqət və qayğı ilə əhatə olunub
Bu gün 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, müğənnilər Nadir Qafarzadə, yeni ulduz Aygün, Əbdül Xalid, Murad Sadıq, uşaqlar, valideynlər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu günün bayram kimi qeyd olunması 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən qərara alınıb. "Hazırda Azərbaycanda əhalinin 29%-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən həmişə qayğı və diqqət və qayğı ilə əhatə olunub. Azərbaycanda Uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir",-deyə Asif Əsgərov qeyd edib.
Daha sonra tədbirdə ifa edən müğənnilər öz mahnıları ilə uşaqlara gözəl anlar bəxş ediblər. Uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB