Dövlət bayrağı Kiyevin səmasında dalğalanıb - FOTOLAR

Dövlət bayrağı Kiyevin səmasında dalğalanıb - FOTOLAR

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü ilə əlaqədar Kiyevdə aksiya keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiya zamanı Azərbaycanın üçrəngli Dövlət Bayrağı Kiyevin səmasına qaldırılaraq Ukrayna paytaxtının əsas mərkəzi yerlərində ucaldılıb. Xüsusi dronlar vasitəsilə dövlət bayrağımız Kiyevin mərkəzi yerlərində bir neçə saat dalğalanıb.

Aksiya ukraynalılaın marağına səbəb olub və ukraynalılar bayrağın görüntülərini sosial şəbəkələrdə bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə