"Azərbaycan Ordusu günü-gündən peşəkarlığını artırır" - EKSPERT AÇIQLADI
"Sabah Azərbaycan tarixinin ən əlamətdar bayramlarından biridir. Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Silahlı Qüvvələr Günü Azərbaycan tarixində çox önəmli hadisələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, ordu hər bir müstəqil dövlətin əsas atributlarından biridir: "Ordu günü yeganə peşə bayramıdır ki, bu da ümumxalq bayramıdır. Hər kəs bu bayramı qeyd edir. Ona görə ki, ordu müstəqilliyin ərazi bütövlüyünün keşiyindədir.
Azərbaycanın peşəkar ordusu var və günü-gündən də peşəkarlığını artırır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusu dünyanın ən güclü orduları siyahısındadır. 21-ci əsrin ən son müharibəsini mükəmməl şəkildə apardı və hərb tarixində yeni bir səhifə yaratdı".
Emin Həsənli həmçinin qeyd edib ki, hər bir ordunun döyüş hazırlığının yüksək səviyyədə olması üçün təlimlərin çox böyük rolu var: "Ordu hazırlıqlarının öyrəndikləri keçdikləri dərsləri təlimlər vasitəsilə sübut edirlər ki, nəyə qadirdilər. Təlimlərdə hansı çatışmayan cəhətlər varsa, onlar da üzə çıxır və qısa zamanda onlar aradan qaldırılır. Məhz Azərbaycan Ordusu ona görə, güclü nəticələr əldə etdi. Vaxtlı-vaxtında Ali Baş Komandan cənab Prezidentin təsdiqlədiyi plana uyğun olaraq təlimlər keçirildi. Bu təlim Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi hissələri, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin daxili qoşunları, Dövlət Sərhəd Xidməti ilə birlikdə ehtiyatda olan zabitlərlə birgə keçirilirdi. Keçirilən bu təlimlərin də çox böyük əhəmiyyəti var. Bu ordumuzun daha da hazırlıqlı olmasına təmin edir. Azərbaycan Ordusu tez-tez qardaş Türkiyənin ordusu ilə də təlimlər keçirdir. Türkiyə ordusu dünyanın ən nüfuzlu ordularından biridir. Bu da bizim təcrübəmizi daha da artırır. Azərbaycanın müstəqilliyinin keşiyində duracaq güclü ordusu var. Bu ordu təlimlər vasitəsilə peşəkarlığını artırır. Təlimlərdə qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Şəxsi heyətin mənəvi psixoloji hazırlığı, döyüş hazırlığı həddindən artıq yüksəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB