"Ermənilər müharibənin nəticələrindən və hökümətin fəaliyyətindən məyusdurlar" VAAN KEROBYANIN ETİRAFI

Ermənistanda həqiqətən mühacirət baxımından müəyyən bir artım qeydə alınıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri vəzifəsini icra edən Vaan Kerobyan bunu hökumət iclasından sonra iyunun 24-də jurnalistlərə verdiyi müsahibədə söyləyib.

O, belə bir tendensiyanın yaşandığını və davam etdiyini inkar etməyib.

"Əlbətdə ki, ermənilərin bir qismi, daha döğrusu, əksəriyyəti 44 günlük müharibənin nəticələrindən məyusdurlar və mən hökümətin fəaliyyətini də istisna etmirəm, bundan da narazılıq var", deyə Kerobyan bildirib.

Onun sözlərinə görə, səlahiyyətlilər miqrasiya prosesinin geri çevrilmə istiqamətində olmasını təmin etmək üçün hər şeyi etməlidirlər. Ermənistanın iqtisadiyyat naziri vəzifəsini icra edən Vaan Kerobyana görə uyğun şərtlər yaratmaq tələb olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə