Deputatın seçiciləri ilə növbəti görüşü olub - FOTO

Yeni Azərbaycan Partiyasının 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub. SİA-nın verdiyi məlumata görə, müraciət edən şəhid ailələri, qazilər və sakinlər problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar.

Deputat müraciətçilərin problemlərinə yerindəcə reaksiya verib və aidiyyatı qurumlara müraciət edib.

Qeyd edək ki, görüş həm üzbəüz, həm də online şəkildə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə