YAP nümayəndələri Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət ediblər FOTOLAR

YAP nümayəndələri Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət ediblər FOTOLAR

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Zığ qəsəbəsinin sakini olmuş, Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Noçuyev Surxay Əbdül oğlunun ailəsini ziyarət ediblər və ailənin qayğıları ilə maraqlanıblar.

V.Seyidov təşkilat adından şəhidin 5 yaşı tamam olan oğlu Uğuru doğum günü münasibətilə təbrik etmiş, ona hədiyyələr təqdim edib.

Görüş zamanı təşkilat sədri V.Seyidov vurğulayıb ki, Vətən müharibəsində öz həyatlarını Vətənimiz uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Dövlət başçımızın şəhid ailələrinə göstərdiyi qayğı və diqqət hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.

Ziyarət əsnasında şəhidin atası Əbdül müəllim şəhidimizin keçdiyi həyat yolu haqqında geniş məlumat vermiş, göstərilən diqqət və qayğıya görə YAP Suraxanı rayon təşkilatına öz minnətdarlığını bildirib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə