"Ermənistan cəmiyyəti populist bəyanatlardan təngə gəlib" - DEPUTAT MÖVQE BİLDİRDİ
“İyun ayının 20-də keçirilən növbədənkənar parlament seçkilərinə görə, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın partiyası qalib gəlib. İkinci yerdə isə, Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan blokudur. Robert Koçaryan 21,4 , Paşinyan isə 53,92 faiz səslə mübarizənin qalibidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, bu nəticə özü-özlüyündə çox mətləbdən xəbər verir: “Bu onu göstərir ki, artıq Ermənistan cəmiyyəti bütün siyasi-iqtisadi kataklizmlərdən bezib, müharibədən yorulub, öz populist bəyanatlarından təngə gəlib və seçim qarışısında qalıb. Seçim də bu olub ki, ya Nikol Paşinyana səs verib qonşularla əməkdaşlıq mühitini dəstəkləməli, ya da ki Robert Koçaryana səs verib revanşist duyğularla yaşamalı və yeni müharibə üzərində düşünməlidir”.
Deputat sözlərinə belə davam edib: “Erməni xalqı sülhə və əməkdaşlığa səs verdi. Bu o deməkdir ki, artıq Paşinyanın rəhbərliyi altında yeni hökumət formalaşacaq. Bu hökumətin ermənilərin Azərbaycan Prezidenti cənab İlham Əliyevin təklifi olan sülh müqaviləsini imzalamaqdan başqa çarəsi olmayacaq. Yəni, qarşıda sülh müqaviləsinin imzalanılması, Ermənistan baş naziri tərəfindən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşdirdiyi mina xəritələrinin ölkəmizə təhvil verilməsi, Zəngəzur dəhlizinin işə salınması və bütövlükdə əməkdaşlıq platformasının reallaşması gözlənilir. Çünki, Ermənistanın nicatı buradan keçir. Beləliklə, hesab edirəm ki, həm regionda, həm də Ermənistanın tarixində yeni mərhələ başlayır. Bu mərhələ də daha çox sülh, təhlükəsizlik və əməkdaşlıqla yadda qala bilər. Bunun üçün də çox münbit şərait formalaşdırılıb”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB