Bu gün Ermənistanda erkən parlament seçkiləri keçirilir. Onlarda iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib. SİA “Sputnik armenia”ya istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan, Ermənistanda keçirilən erkən parlament seçkilərində iştirak edib. Beləliklə, Ermənistan dövlətinin başçısı bu gün gerçəkləşməkdə olan seçkilərdə səsvermə məntəqəsini ziyarət edən ilk siyasətçi olub.

Armen Sarkisyan təəssüratlarını jurnalistlərlə bölüşməyib. Ondan fərqli olaraq baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hələlik səsvermədə iştirak etməyib. Onun nə zaman səs verəcəyi açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə