”Hamının tabe olması tələb edilən qərar veriləcək” NİKOL PAŞİNYAN

Ermənistanın baş naziri vəzifəsini icra edən, "Mülki Müqavilə" partiyasının lideri Nikol Paşinyan parlament seçkilərinə səsvermədən sonra, ümumiyyətlə, Ermənistanda seçkidən sonra hər hansı bir gərginliyin olmayacağına əmin olduğunu deyib. SİA xəbər verir ki, Paşinyan bunu Ermənistanın İctimai Televiziyasının efirində söyləyib.

“İclaslar, mitinqlər ola bilər. Məsələn, biz özümüz də 21 iyun tarixində həmvətənlərimizi Respublika Meydanında keçiriləcək mitinqə dəvət etdik. Mənim proqnozuma görə, seçkidən sonra heç bir gərginlik olmayacaq. Ermənistan Respublikası vətəndaşı tərəfindən mən və digərlərinin, hamının tabe olması tələb edilən qərar veriləcək”, deyə Paşinyan televiziya efirində bildirib.

Xatırladaq ki, Ermənistan Milli Məclisinə növbədənkənar seçkilərin 20 iyunda keçirilməsi planlaşdırılır. Bu seçkilərdə 4 partiya bloku və 21 partiya iştirak edəcəkdir. Nikol Paşinyanın gələcək üçün məntiqsiz proqnozuna baxmayaraq, artıq indidən bu ölkədə gərginlik var və seçki yaxınlaşdıqca hər an da bu gərginlik artmaqdadır. Bəllidir ki, seçkidən sonra daha böyük gərginlik, bir çox siyasilərin dili ilə desək, hətta toqquşma və vətəndaş müharibəsi də gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...