Xəyanətləri alınlarında damğalanmış - AXCP və Müsavat! TƏRS BAXIŞ+ÖZƏL

Xəyanətləri alınlarında damğalanmış - AXCP və Müsavat! TƏRS BAXIŞ+ÖZƏL

Yaxud, Şuşa Bəyannaməsi ermənilər qədər onları da pəjmürdə edib

Azərbaycan xalqı hələ ötən ilin iyulunda, Tovuz hadisələrində bir daha şahidi oldu ki, bu millətin, bu dövlətin və torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırlaşan hakimiyyətin, o cümlədən, xalq-iqtidar birliyinin digər düşmənləri kimlərdir. Daha dəqiq desək, “siyasi mübarizə” və ya “siyasi rəqabət” pərdəsi altında açıq-aşkar milli düşmənçilik toxumları səpən AXCP və Müsavat kimi saxtakar müxalifət partiyaları nə həmin hadisələr zamanı, nə də 44 günlük Vətən müharibəsi başlayarkən ölkəmizdə fəaliyyət gtöstərən iqtidarlı-müxalifətli siyasi partiyaların (50-yə yaxın partiya) imzaladıqları birgə bəyanata imza atmadılar, sübut etdilər ki, onlar bu dövlətin düşmənləridirlər!

Və bu həmin partiyalar və siyasi dələduzluq yolları ilə özlərini bu partiyaların “liderləri” adlandıran ünsürlərdirlər ki, onların hakimiyyətləri zamanında torpaqlarımız ard-arda düşmənə satıldı, xəyanətlər yolu ilə işğala məruz qaldı. Əgər minlərlə həyatlarını itirmiş şəhidlərimizin, mülki vətəndaşlarımızın da sıralamasını buraya əlavə edərsək bu ünsürlərin həqiqətən də erməni işğalçılarından da betər düşmən olduqlarını dəfələrlə (!) təkrarlaya bilərik.

Məhz bu partiyaların “liderləri” Xocalı soyqırımının hakimiyyətə gəlişləri prosesini sürətləndirəcəyini qeyd edirdilər

Biz, bir daha AXC-Müsavat cütlüyünün hakimiyyətə yiyələnmələri üçün hansı dəhşətli addımlara getmələrini yalnız bir ifadə ilə xatırlada bilərik. Misal üçün xatırlada bilərik ki, həmin vaxtlar Ayaz Mütəllibov iqtidarını devirib hakimiyyəti qiyam yolu ilə keçirmədən öncə, bu partiyaların “liderləri” Xocalı soyqırımının hakimiyyətə gəlişləri prosesini sürətləndirəcəyini qeyd edirdilər. Bu barədə isə faktlar, dəlil və sübutlar arxivlərdə qalmaqdadır. Bəli, onlar istər Qarabağdakı könüllü batalyonlarını geri çəkməklə, istərsə də digər dəhşətli qərarları ilə torpaqlarımızı düşmənlərə təhvil verdilər, insanlarımızı isə ölümün ağzına atdılar. Həmin proses onların birillik iqtidarlarında da davam etdi və necə deyərlər, heç kim və heç nə unudulmayıb!

Beləliklə, indi də bu iki mənfur “partiya” adı altında var-gəl edən siyasi klounada iştirakçıları Şuşa Bəyannaməsi ilə bağlı partiyaların birgə dəstək bəyanatlarına imza atmaqdan imtina etdilər (?!).

Bütün çılpaqlığı ilə bilavasitə ERMƏNİYƏ İŞLƏMƏK anlamı

28 il ərzində AXCP və Müsavat adlı xəyanətkarlar yuvası bircə dəfə də olsun dövlət və xalq lehinə olan proseslərdə iştirak etməmələri ilə yanaşı, həm də düşmənlərimizin əllərinə sözün əsl mənasında girəvə verdilər. Sadə dillə ifadə etsək, əgər bu gün Ermənistandakı siyasi dairələr desələr ki, “Gördünüzmü, Azərbaycanın iki əsas müxalifət partiyası digər partiyaların birgə bəyanatlarına imza atmadılar?”, bax bunun özü bütün çılpaqlığı ilə bilavasitə ERMƏNİYƏ İŞLƏMƏK anlamını birbaşa sübuta yetirmiş olur.

Biz bu ünsürlərin saxtakar və dələduz “liderlərinə” növbəti sualı da ünvanlaya bilərik ki, yaxşı, bəs Ağdama - siyasi partiya rəhbərləri üçün təşkil edilən səfərdə niyə iştirak etmədilər? Çünki erməni vandalizminin və barbarlığının siyasi partiyaların prizmasından dünyaya çatdırılması prosesinə start verildi və AXCP, Müsavat kimi partiyalar bu səfərə qatılsaydılar ilk növbədə onların nökərçlik etdikləri Qərb ağaları, həmçinin erməni dayıları dərhal inciyərdilər, maliyyələrini kəsərdilər. Bu baxımdan da görünən odur ki, AXCP və Müsavat milli həmrəylikdə yer almaq istəmir, Ermənistanın işğalçılıq siyasətinə etiraz etmir, eləcə də erməni vandalizminə, barbarlığına göz yuman beynəlxalq təşkilatlara, dövlətlərə dəstəyini ifadə etmiş olur.

Ağır xərçəng xəstəliyində olduğu kimi, metastaz verməmiş kəsilib atılmalıdırlar

Ancaq bu xainlər yığnağı bir daha sübut etdilər ki, onlar yalnız milli birliyi deyil, həm də şanlı qələbəmizi, Ermənistanın məğlub olmasını, Qarabağın, Zəngəzurun Azərbaycana məxsusluğunu, tarixi Qars müqaviləsini və onun müasir davamı kimi tarixə düşən Şuşa Bəyannaməsini, ən əsası isə - Azərbaycan və Türkiyə qardaşlığından doğan sarsılmaz, əbədi müttəfiqliyi inkar edirlər.

Hətta bununla yanaşı artıq belə bir iddia ilə də çıxış edə bilərik ki, əgər bu gün revanşçı Robert Koçaryan, Serj Sarqsyan kimi erməni qaniçənləri, daşnaklar və ASALA davamçıları hələ də “Dənizdən-dənizə Böyük Ermənistan” iddialarında qalırlarsa, axecepe və müsavatçılardan ibarət ləyaqətsizlər tayfası da həmin iddialara dolayısı ilə deyil, bax bu kimi murdar əməlləri ilə dəstək göstərirlər.

Artıq uzun illər bizə ağrı-acı yaşadan erməni işğalı adlı şişi kəsilib-götürülüb, indi növbə bax bu satqqınlarındır, ağır xərçəng xəstəliyində olduğu kimi, metastaz (daha ağır fəsadlar) verməmiş kəsilib atılmalıdırlar. Haydı xalqım, haydı böyük millətim, artıq şərəf və ləyaqətlərini düşmənə açıq-aşkar satanları siyasi səhnədən birdəfəlik silib-atmağın tam zamanıdır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə