Baydenin “söz və ifadə azadlığından” doğan “demokratiyası” SÖZÜN QISASI

Baydenin “söz və ifadə azadlığından” doğan “demokratiyası” SÖZÜN QISASI

Və ya Putinin Qərb “dəyərlərinə” verdiyi demokratiya dərsi

ABŞ və Rusiya prezidentlərinin görüşləri zamanı növbtəti dəfə sübut olundu ki, özünü dünya demokratiyasının beşiyi adlandıran ABŞ əslində bir sıra demokratik dəyərlərin boğulması məkanına çevrilib. Bunu sözügedən görüşdə hər iki ölkə başçısının jurnalistlərə münasibətləri fərqində də görmək mümkün idi. SİA xəbər verir ki, Cozef Baydenlə Vladimir Putinin media işçiləri üçün təşkil olunmuş mətbuat konfransı zamanı amerikalı dövlət başçısı hansı jurnalistlərin sual verə biləcəyini əvvəlcədən müəyyən edən siyahı tərtib edib.

Vladimir Putin isə əksinə, həm Rusiya, həm də Qərb media nümayəndələrinin verdikləri suallara ətraflı cavablar verib, onlarla ünsiyyət qurub. Ümumilikdə, demokratiya, Qərb dəyərləri, söz və ifadə azadlığı bu günün ABŞ-ında və Amerika prezidentinin timsalında belə görünür:

ABŞ prezidenti: “Məndə cavab verəcəyim jurnalistlərin siyahısı var”

Bu arada onu da xatırlatmaq olar ki, Rusiya KİV-ləri mətbuat konfransına akreditə olunmamışdılar. Bunu lenta.ru saytı da qeyd edib. Görünür, Qərbin söz və ifadə azadlığı yalnız qısıq çərçivəyə aiddir və bu çərçivədən kənara çıxmaq qadağan olunub. Bəs deyəsən? Qərbin “demokratik dəyərləri” bundan artıq olmayacaq ki…

Yeri gəlmişkən, Bayden jurnalistlərin suallarını cavablandırmamışdan əvvəl siyahı çıxarıb və deyib: “İndi mən cavab verəcəyəm, məndə burada cavab verəcəyim jurnalistlərin siyahısı var”.

Maraqlıdır ki, verilən sualların heç birində ABŞ-dakı seçkilərlə bağlı ciddi məsələlərə toxunulmayıb. Bu da sübut edir ki, hətta verilən suallar əvvəlcədən müəyyənləşdirilib.

Putin isə Navalnının həbsi, Ukrayna və Krım, həmçinin müxalifətlə bağlı cavabları verərkən həm də cavablarının məntiqini, məğzini media işçilərinə izah edib

İndi isə Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı zamanı jurnalistlərə münasibətini şərh edək. O, verilən bütün suallara dolğun, açıq, heç bir maneələr törətmədən cavab verməsi ilə yanaşı, hətta açıqlanması mümkün görünmyən məsələlərlə də bağlı fikirlərini bildirib, o cümlədən, jurnalistlərlə səmimiyyət çərçivəsində davranıb. Misal üçün, Navalnının həbsi, Ukrayna və Krım, həmçinin müxalifətlə bağlı cavabları verərkən həm də cavablarının məntiqini, məğzini media işçilərinə izah edib.

Hər halda, fərq ortada idi və bu fərqin hansının daha çox demokratik görünməsi də artıq media aləmi tərəfindən qiymətləndirilməyə başlanıb.

Sözün qısası, artıq bir sıra Qərb mətbuatı mənsubları da bu fərqi görməklə yanaşı, Vladimir Putinin Cozef Baydendən daha demokratik, şəffaf dövlət başçısı olduğunu qeyd etməkdədirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə