“Hesablaşmaq məcburiyyətindədirlər və bu, Azərbaycanın uğuru, qələbəsidir” HƏRBİ EKSPERT ŞƏRH ETDİ

Vətən müharibəsində Ermənistan elə bir zərbə alıb ki, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü görüb. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspert xatırladıb ki, Kəlbəcərin böşaldılmasında ermənilər bir neçə gün vaxt istəyəndə bəzi şəxslər deyirdi ki, ermənilər bəhanə edib ərazini qaytarmayacaqlar, amma jurnalistlər bu barədə məndən mövqe öyrənəndə dedim ki, Ermənistan buna məcburdur, bu BMT təhlükəsizlik şurasının qərarı, ATƏT-in sədrlərinin bəyənatı deyil ki, bunu etməsinlər, bu, Azərbaycan Prezidentinin, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin tələbidir və Ermənistan bunu qeyri-şərtsiz yerinə yetirməlidir.

“Ermənistan tələbləri yerinə yetirməsə dəmir yumruq təkrar onların başına dəyə bilər və onlar bilirlər ki, Azərbaycan Ordusunun qarşısında durmağa onların heç bir gücü yoxdur və onlar Kəlbəcəri, Laçını, Ağdamı boşaltdılar.

Bu mina məsələsi də ortalığa çıxanda ki, minalanmış ərazinin xəritəsinin olmaması deyilirdi, bir qism deyirdi ki, ermənilərdə xəritə yoxdur və onu Ermənistan danırdı. Biz isə qeyd edirdik ki, mina ilə peşəkarlar məşğul olur. Mina xüsusi anbarlarda saxlanılır. O, ordu rəhbərliyinin icazəsi ilə götürülür və tank əleyhinə, insan əleyhinə minalar öncədən müəyyən olunmuş yerlərdə basdırılır və akt müəyyənləşir. Həm akt, həm də mina basdırılmış yerin xəritəsi, biri hərbi hissədə, biri diviziya, yaxud korpusda, bir nüsxəsi də müdafiə nazirliyində qalır. Ona görə də bütün yerlərin xəritələri vardır. Minanı peşəkarlar basdırmasa özləri düşürlər. Xəritələri olmasa öz hərbçiləri orada düşər. Necə ola bilir ki, Ermənistan hərbiçiləri o minalara düşməyiblər. Deməli, bu minaların xəritəsi var və Ermənistan ləngitməsinə məcbur olduğuna baxmayaraq xəritəni verməyə məcbur oldu. Bunu onlara Azərbaycan dövləti məcbur etdi. Bu vəziyyət onu sübut edir ki, Cənubi Qafqaz və regionda Azərbaycanla hesablaşmadan ermənilərin dövlət kimi mövcud olmaları mümkünsüzdür və Azərbaycan dövləti, Azərbaycan Ordusu ilə hesablaşmaq məcburiyyətindədirlər. Azərbaycanın güclü dövəti, güclü beynəlxalq siyasət, güclü iqtisadiyyatı var, insan resursu da dəfələrlə çoxdur. Azərbaycanın elə bir ordusu var ki, hesablaşmaq məcburiyyətindədirlər və bu, Azərbaycanın uğuru, qələbəsidir. Azərbaycan dünyanın ən aparıcı dövlətləri ilə ikitərəfli və ölkənin mili maraqları naminə əməkdaşlıq edir və bu əməkdaşlığın nəticəsində Ermənistan məcbur qalıb xəritələri təhvil verdi.

15 əsrin verilməyi isə bir daha dünyaya mesajdır ki, Azərbaycan sülh, normal qonşuluq istəyir və Ermənistan sülh şəraitində yaşayarsa, Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, vaxtında Azərbaycana qarşı hərbi cinayətlər törətmiş şəxslər Azərbaycan dövlətinə, onun hüquq-mühafizə orqanlarına təhvil verərsə, dəymiş ziyanın təzminatını ödəməyə hazır olarsa, Ermənistanla da digər dövlətlər kimi normal münasibət qurmaq olar. Əks halda, bunlar olmayacaqsa, Ermənistanın özünün mövcudluğu sual altına düşəcək. Azərbaycanla hesablaşmaq lazımdır və Azərbaycanın istəkləri də, tələbləri də hüquq normalarına, ədalətə uyğundur və keçən zaman da onu sübut etdi. Ermənistan cəmiyyəti ağıllırını başına yığmalıdır. Onlar gördülər ki, onlara yalan vədlər verən, 30 ildir arxalarında duracaqlarını edən güclər onlara kömək edə bilmədilər. Ona görə ki, artıq Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir və Azərbaycan ərazi bütövlüyü və müstəqillik məsələsində heç kimə getməyən dövlətdir, bundan sonra da güzəştə getməyəcəkdir.

Azərbaycan başda Ali Baş Komandan olmaqla, öz şəhidlərinin, qazilərinin, ordusunun sayəsində çox böyük nəticələr əldə edib və bu nəticələr daimidir. Qarabağ bütünlükdə cənnət məkana çevriləcək, Azərbaycan vətəndaşları daimi öz dədə-baba yurdlarında yaşayacaqlar, Qarabağ başdan-başa cənnət diyarı olacaq”, deyə hərbi ekspert Emin Həsənli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə