Qonşuları başda olmaqla 56 ölkəyə viza rejimini qaldıran Türkiyə bu siyahıya Gürcüstanı da əlavə edib. SİA-nın məlumatına görə, bundan sonra iki ölkə vətəndaşları sadəcə şəxsiyyət vəsiqələrini göstərməklə sərhədi keçə biləcəklər.
Qeyd edək ki, Türkiyənin "Sarp" sərhəd məntəqəsinə yeniləmə işləri tamamlanıb. Məntəqənin açılışında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Gürcüstan prezidenti Mixail Saakaşvili və digər hökumət adamları iştirak edəcəklər. Bundan sonra isə iki ölkə vətəndaşları vizasız gediş-gəlişə başlayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB