Ermənistanın meyitxanalarının döşəməsində ölmüş erməni əsgərlərinin polietilen torbalara doldurulmuş cəsədləri, yaxud cəsədlərinin hissələri barədə foto və video görüntülər mediada, ələlxüsus işğalçı ölkənin mətbuat səhifələrində gündəmi zəbt edib və bu, erməni cəmiyyətində rezonans doğurub. Erməni əsilli hərbçilərin cəsədlərinə olan hörmətsizlik və təhqir faktının təsdiqi haqlı olaraq etiraz dalğasına, nəinki hərbçi valideynlərinin, hətta ümumilikdə vətəndaşların narazılıqlarına səbəb olub. Bəlkə də erməni tarixində bu ölkə və ölkənin vətəndaşları bu qədər sarsıla bilməzdi ki, erməni hərbçilərinin cəsədlərinə qarşı hörmətsizlik, təhqir bu toplumu bu şəkildə alçaltdı və sarsıtdı.
Təkcə itgin düşən, yaxud ölən hərbçilərin valideynləri, yaxınları, qohumları deyil, bütövlükdə erməni cəmiyyəti, hətta hər bir erməni, dövlətinin, hakimiyyətinin, özü də guya seçdikləri, bəyəndikləri hakimiyyətin bu rəzil, rüsvayçı, utancverici əməlinə görə xəcalətdən özünə yer tapa bilmir. Təsadüfi deyil ki, artıq bütün dünyada qeyd olunan əməlinə görə rüsvay olan ölkənin ikinci prezidenti Robert Koçaryan Ermənistana, bu hökumətə görə xəcalət çəkdiyini belə gizlətmir və etiraf edir. “Abovyanda gördüklərimiz sadəcə bir rüsvayçılıqdır”, deyən eks-prezident xatırladıb ki, ölən əsgərlərin cəsədlərini, qalıqlarını hara gəldi atan, öhdəsindən gələ bilməyən, qayğısına qala bilməyən hökumət ölkənin qayğısına da qala bilməyəcək, necə ki, qayğısına qala bilməyib.
Maraqlıdır, Ermənistan dövləti, hökuməti düşünübmü ki, əgər ölkəsi uğrunda döyüşən, hətta ölən hərbçilərə, əsgərlərə, vətəndaşlara belə münasibət göstərilirsə, bundan sonra bu ölkə uğrunda ölməyə hazır olan tapılmaz? Düşünürmü ki, bu Ermənistan üçün artıq sondur. Bəli, ölkəsi üçün döyüşlərdə ölənlərin cəsədlərinə bu şəkildə hörmətsizlik, hətta onların təhqir edilməsi həm dövlətin, həm də cəmiyyətin süqutu, sonu deməkdir. Həqiqətən də, əgər ölkəsi üçün həyatını itirənlərə belə münasibət sərgilənirsə, bundan sonra dövlət uğrunda ölməyə kimsə tapılmaz. Oğlunun sümüklərini, cəsədinin parçalarını poletilen paketlərə doldurub zirzəmiyə atan ölkə üçün hansı ana övladını verəcək bundan sonra? Ermənilərə elə gəlmirmi ki, bu, artıq ordunun da sonu deməkdir? Meyitxanalarda cəsədlərlə, cəsəd qalıqları ilə dolu polietilen torbaları, hətta onların foto, video görüntülərini belə görən başqa hansı əsgər və ya zabit vəzifə şərəfini qoruya bilər və ümumiyyətlə bu halda hərbçinin vəzifə şərəfindən söhbət gedə bilərmi?
Bəli, ölkəsi uğrunda ölən hərbçilərin cəsədlərinin təhqir edilməsi hərtərəfli və geri dönməz şəkildə mənəvi pozulmuş bir cəmiyyətin sonudur. Nəinki Ermənistan hakimiyyəti, ümumilikdə erməni cəmiyyəti meyitxanalarda çəkilən foro və video görüntülərlə özünə elə bir damğa vurdu ki, bu damğanın, bu ləkənin üstünü örtmək mümkünsüzdür. Bu, ümumilikdə erməni mənsubiyyətində nə varsa hamısının sonudur və bunu danmaq, bundan boyun qaçırmaq mümkünsüzdür. Çünki, cəsədlərə qarşı təhqir erməni simasızlığının təzahürü, mühiyyətinin inikasıdır.
Bəlli olur ki, döyüşün əvvəlindən, hələ ilk günlərindən belə Nikol və arvadı Anna, ölənlərin sayını, sonra da cəsədləri gizlədiblər. Təsəvvür edək ki, döyüş bitəndən 1 həftə, 1 ay sonra da yox, müharibədən düz yeddi ay sonra, qəfildən cəsədlərin, cəsədlərin qalıqlarının polietilen torbaların içinə salınaraq meyitxanaların döşəmələrinə atılmasını əks etdirən bu fotoşəkil və video görüntülər ortaya çıxır. Bu müddət ərzində də onların valideynlərinə övladlarının itgin düşməsi xəbəri yorulmadan, daha doğrusu utanmadan deyilirdi. Bir çox hallarda da hətta ölüsü, yaxud dirisi ortada olmayan əsgərlərin, hərbçilərin valideynlərinə övladlarının Azərbaycan tərəfindən əsir alındığı barədə də qızıl qırmızı yalanlar söylənirdi. Bunun ardınca da baş nazir sakit şəkildə İctimai Televiziyanın efirində danışır, dəli kimi 7 ay müddətində övladlarını və ya heç olmasa qalıqlarını axtaran valideynlər və qohumlar qarşısında peşmanlıq və kədər hissi bildirmədən səhiyyə sistemindəki islahatların sürətindən dəm vururdu. Bax budur erməni həyasızlığı və simasızlığı.
Heç biri səlahiyyətli, Ermənistan hakimiyyətinin heç bir nümayəndəsi hələ də müharibədən 7 ay sonra zirzəmilərdə gizlənmiş erməni əsgərlərinin cəsədlərinin təsadüfən ortaya çıxmasının səbəbini izah etmir və bu barədə düşünən də yoxdur. Əks halda bu rezonansın fonunda, ad günü keçirmək üçün Nikol Paşinyan Fransaya Makron əmisinin yanına gedib orada kef məclisinə qatılmazdı. Heç kim bunun dövlət cinayəti olduğunu və ölənlərə qarşı təhqir olduğunu söyləmir. Bunun üçün cinayət məsuliyyəti barədə hələ söhbət belə yoxdur. Heç kim içərisində bir qol və üç ayaq olan paketlərdən danışmır. Kimsə bu paketlərin valideynlərə qaytarıldığını, yaxud qaytarılacağını belə söyləmir. Heç kim buna görə kiminsə üzünə tüpürmür, hətta foto və video görüntülərin siyasiləşdirilməməsi tövsiyyəsi edilir.
Erməniləri özləri belə etiraf edirləri ki, bu görüntülərin günahkarları təkcə Nikol, və Anna deyil. Dillərini udan ziyalılar da, Parisdə Nikolın qarşısında bahalı kostyumlarda oturan diaspora erməniləri də, ümumilikdə bu gün susanların hamısı günahkardırlar. Onlara elə gəlir ki, bu unudulacaq, sonra da bağışlanacaqlar. Amma, bunu, erməni belə olsa hansısa valideynin ududacağını təsəvvür belə etmək mümkün deyil və bu görüntüləri seyr edən hansısa erməni valideynin əsgər böyüdəcəyi ağıla belə gələn deyil.
Qəribə toplumdur bu erməni toplumu. Bunlar nə vətən uğrunda döyüşmürlər, çünki vətənləri yoxdur, nə də döyüşənləri, hətta ölənləri saya salmırlar. Vətənimiz uğrunda döyüşərək canlarını qurban edən, hörmət və ehtiramla qarşılanan, nəinki xiyabanlarda, ürəklərdə də yer alan bizim şəhidlərimizlə bu özgə torpaqlarına soxularaq ölən erməni əsgərlərini müqaisə belə etmək niyyətimiz yoxdur, bunlar müqaisəyə belə gəlməzlər. Amma, bunların özləri də olsa həmin o ölülərini heç olmasa torpağa basdırardılar, adi erməni kimi. Bu hörmətsizliyi, bu təhqiri kim, hansı erməni bəşəriyyətə izah edəcək? Bu nə xislətdir, bu nə gendir, deyə suallara necə cavab verəcəklər? Maraqlıdır, bunun altından necə çıxacaqlar ermənilər?
Hələ də II Dünya Müharibəsinin izlərini araşdıran və qalıqları müəyyənləşdirən, DNT-ni identifikasiya edən ölkələr var. Hələ də bu müharibədə ölən yaxınlarını axtaran vətəndaşlar, vətəndaşlarını tapan və sonra hərbi şərəflə dəfn edən dövlətlər var. Yəni, az qala bir əsrə yaxın vaxt keçməsinə rağmən, hələ də öz əsgərinin məzarını belə axtaran, həmin məzarı tapdığı zaman, orada heykəl ucaldan, əsgərinə, onun şərəfinə hörmət bəsləyirlər dövlətlər. Bəs Ermənistanda necə edirlər? Bir əsirdən sonra axtarmaqları başlarına dəysin, ölənlərin dərhal tapılan cəsədlərini belə 7 ay zirzəmilərdə saxlayır, çürüdüb təhqir edirlər. Bu necə ölkə, bu necə dövlətdir? Bununla lovğalanırlar dünyada?
Görünür ermənilərin boş yerə də olsa lovğalanmaları bundan sonra heç cür mümkün olmayacaq. Əvvəla ona gör ki, bu rüsvayçılığın, əvvəlcə 44 günlük müharibədən son dərəcə rəzil şəkildə məğlubiyyətlə çıxmaları, sonra da cəsədləri meyitxanalara atıb onlara qarşı hörmətsizlik etmələri, təhqir etmələri buna imkan verməz. Ermənilərin alınlarında qalan rüsvayçı damğa mövcudluqlarının sonuna kimi onları izləyəcək və bununla necə lovğalana bilərlər? Digər tərəfdən də bu rüsvayçılıq, ermənilərin, mənəvi pozulmuş cəmiyyətin həm də rüsvayçı sonu oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB