Çin-Azərbaycan münasibətləri hansı istiqamətdə inkişaf edir? - POLİTOLOQDAN AÇIQLAMA
“Azərbaycan-Çin münasibətləri artan xətt üzrə inkişaf etməkdədir. Bildiyimiz kimi Çin bu gün dünya siyasətində və dünyanın iqtisadi müstəvisində ilk sıraya çıxıb. Baxmayaraq ki, ötən iki il ərzində Covid-19 dünyanı cənginə alıb, lakin, bütün bunlara baxmayaraq, Çin öz altın templərinə görə, dünyada liderlik statusu alıb. Hal-hazırda dünyanın yeni geoiqtisadi düzəni məhz Pekinin başçılığı altında düzəlməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, belə olan halda Çin və Azərbaycan Prezidentləri arasında telefon danışığının baş tutması və telefon danışığında Çin liderinin də Böyük İpək Yolunun ortaq xətti məsələsinə toxunması onu deməyə əsas verir ki, gələcəkdə Çin Azərbaycan vasitəsilə Avropaya nəqliyyat xəttinə böyük üstünlük verəcək: “Bildiyimiz kimi bir müddət Çin gözləmə mövqeyi tuturdu. Yalnız son 2-3 il ərzində biz Pekinin bu müstəvidə siyasi qərar verməsinin şahidi olduq”.
Politoloq sözlərinə belə davam edib: “Ümumilikdə götürdükdə təbii ki, BMT Təhlükəsizlik Şurasının beş üzvündən biri olan dünyadakı siyasi iqtisadi proseslərə təsir imkanına malik olan Çinin Azərbaycanla münasibətlərinin inkişafı bizim maraqlarımıza cavab verir. Unutmayaq ki, artıq Zəngəzur xəttinin də işə düşməsi və onun ətrafında yaranan siyasi məsələlərdə də Pekin və Bakı münasibətlərinin yaxınlaşması xüsusi rol oynayacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB