28 may Respublika günüdür

28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri - Azərbaycanın istiqlal günüdür. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin sonunda yenidən bərpa olundu. 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası istiqlal Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığını elan etdi. Bu tarixi sənəd nəticəsində Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti qurub. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmədən bütün vətəndaşlarının siyasi hüquqlarını təmin etmək üçün istənilən addımı atıb.
Azərbaycan Dövlət Respublikası Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük naaliyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və konkret olaraq desək, bugün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti 89 il bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdi.
ADR-i rəsmi surətdə tanıyan ilk dövlət
1918-ci il iyun ayının 4-də Osmanlı dövləti olub.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki
, Müstəqil Azərbycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devirlməsinə baxmayaraq istiqlal ideyası yenilməyib və M.Ə.Rəsulzadənin "BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ" şüarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edib. Daha sonra isə ulu öndərimizin hakimiyyətə gəlməsi ilə Azərbaycan ifadəolunmaz yüksəlişlərə nail oldu və ölkə daxilində ictimai, siyasi, iqtisadi sabitlik yarandı. Bu gün də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər siyasəti hər sahədə öz bəhrəsini verir!

Biz də SƏS kollektivi adından bütün həmvətənlərimizi 28 may Müstəqillik günü münasibəti ilə təbrik edir, ulu öndərimizdən bizə miras qalan bu torpaqlarda uğur, yüksəliş, sülh, əmin-amanlığın başımızdan əksik olmamasını arzu edirik!!!

Bütün xəbərlər Facebook səhifəmizdə