İlham Əliyev: “Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm!"
Yəqin ki, bir çoxlarınız Qarabağımızın erməni işğalından azad olunması uğrunda başladılan 44 günlük Zəfər yürüşündən sonra Bakıda, Azadlıq Meydanında möhtəşəm hərbi paradı və həmin paradda düşmənin ələ keçirilmiş, məhv edilmiş hərbi texnikalarının nümayişi görüntülərini unutmamısınız. Bu, həm də uzun illərdən bəri ikili standartlara bölünmüş dünyaya verilən bir mesaj idi ki, haqsızlığa uğrayan heç bir xalq, heç bir dövlət bu haqsızlıqla barışmaya və ədalətin bərpası üçün ayağa qalxa, ədalətsizliyi məhv edə bilər. Gec, ya da tez həmin hal mütləq yaşanır. Belə ki, illərdən bəri yığılmış qəzəb, qisas hissi də düşmənin həyasız davranışları, həmçinin ona qahmar çıxan xarici dövlət və qurumların etinasızlıqları, aşkar qərəzləri də öz sözünü deyirdi – deyirdi ki, bütün bunlara birdəfəlik son qoyulmalıdır!
Sözümün isə canı var…

Torpaqlarımızı məlum ölkələrin dəstəyi ilə üç onilliklər boyunca işğala, təcavüzə məruz qoyan, insanlarımızı xüsusi amansızlıqla, vəhşiliklə qətlə yetirən, soyqırımları törədən, doğma yurd-yuvalarından didərgin salan düşmən Ermənistanın siyasi başbilənləri elə sanırdılar ki, artıq onlar üçün hər şey həll olunub və işğal prosesi davam edəcək. Üstəlik onlar Kür nədir, hətta Bakıya doğru irəliləyərək Xəzər dənizi ətrafında çay içəcəkmişlər. Amma sonra nə oldu? Deyir sən saydığını say, gör fələk nə sayacaq? Azərbaycanın səbri tükəndi və xalq öz Liderinin ətrafında sıx birləşməklə Sərkərdəsi, Müzəffər Ali Baş Komandanı sayəsində həsrətində olduğu qələbə həzzini yaşadı, bu gün də yaşamaqdadır. Sözümün isə canı var…
Bakıya gətirilən düşmən hərbi texnikalarının Hərbi Qənimətlər Parkında nümayiş etdirilməsi, eləcə də müharibədə düşmənin mənzərəsini tam şəkildə təqdim etmək üçün onların müqəvvalarının, fəaliyyət göstərdikləri səngər və blindajlarının, səhra komandanlıqlarının da parkda yerləşdirilməsi uzun illər Azərbacana qarşı işğal siyasəti aparan təcavüzkar Ermənistanın dünyaya göstərilən aşkar siması idi. Məhz bu mənada, yuxarıda da qeyd edildiyi kimi, sözügedən möhtəşəm layihə beynəlxalq aləmə verilən mesaj idi – xeyirin şər qarşısındakı qalibiyyətinin mesajı.
Ancaq nədənsə, bu layihə məhz 30 il boyunca əllərinə düşən hər imkanlarında haqqımızı boğan xrsitian klubuna üzv ölkələrin (bəziləri istisna olmaqla) xoşlarına gəlmədi və sözün əsl mənasında, haray-hərşirləri dünyanı görütdü.
Prezident: “Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir”

Xüsusilə, Fransanın bu məsələdə özünə əl qatması isə artıq nəyin-necə olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Biz, bu gün də həmin gerçəklikləri Parisin oyunbazlıqlarında görməkdəyik. Həmin Parisin ki, Afrika ölkələrində - Əlcəzairdə, Ruandada, Mərakeşdə və s. ölkələrdə dəhşətli vəhşiliklər törədib, soyrıqımı aktlarına imza atıb. İndi Fransanın guya “humanizm prinsipi” əsasında Bakıdakı Hərbi Qənimətlər Parkına qarşı dil uzatması reallıqda onun qanlı əməllərinin ifşasını yenidən açığa çıxmasına səbəb olur.
Əslində, Fransa da daxil olmaqla, sözügedən məsələdə haray-həşir salanlara layiq olduqları cavabları elə Prezident İlham Əliyev verib.
“Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm. Jurnalistlərə, xarici jurnalistlərə deməliyəm, xarici siyasətçilərə deməliyəm. Mən deyəcəyəm, mən susmayacağam. Amma onlar da öz işləri ilə məşğul olsunlar. Özləri problemlər içində çabalayırlar. Min cür problemləri var”, – Azərbaycan Prezidenti bildirib.
Fransa, Mərakeşdə (Fəs) törətdiyi qətliamın fotolarını 1912-ci ilin poçt markalarında nümayiş etdirən bir dövlətdir!

Bəli, məhz dövlət başçımızın bu kəlamlarını xatırlayaraq daha bir fransız vəhşiliyi barədə xatırlatma etməyə ehtiyac duydum. Fransa, Mərakeşdə (Fəs) törətdiyi qətliamın fotolarını 1912-ci ilin poçt markalarında nümayiş etdirən bir dövlətdir!
Fransa Əlcəzairdə, Ruandada və s. Afrika ölkələrində, özü də dünyanın gözü qarşısında insanlıq adına yaraşmayan ən vəhşi əməlləri ilə yadda qala-qala ölkəmizə qarşı sərsəm bəyanatlar verəndə həqiqətən də dönüb güzgüyə baxmalıdır. Amma baxmır, çünki cürət etmir. Bu baxımdan, düşündüm ki, elə yazıya əlavə elədiyim fotolarla reallıqda işğalçı, təcavüzkar, faşizm ideologiyasından geri dönməyən Ermənistana qahmar çıxan, onu özünə 1 nömrəli müttəfiq élan edən Fransanın gerçək simasını bir daha xatırladım…







Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB