Koçaryan nədən dəm vurur?

Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan Spitak şəhərinin sakinləri və "Ermənistan" alyansının fəalları ilə görüşüb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə alyansdan bildirilib.

Qeyd olunub ki, Ermənistan Respublikasının ikinci Prezidenti, “Ermənistan” alyansının lideri Robert Koçaryan və “Dirçələn Ermənistan” partiyasının lideri Vaqe Akobyan Spitakda seçki öncəsi sakinlər və fəallarla görüşüblər.

Eks-prezident Koçaryan qərargahdakı işlərinə görə iştirak edənlərə təşəkkür edib və doğru yolda olduqlarını, yollarını azmadıqlarını və namizədlərinin vədlərini yerinə yetirəcəklərinə əmin olduğunu söyləyib.

“Mən heç vaxt boş-boşuna vəd vermirəm. Həmişə daha az söz verirəm”, deyə Robert Koçaryan bildirib.

Diqqətə çatdırılır ki, artıq müəyyən olunmuş ənənəyə görə, iştirak edənlər geri saymağa start veriblər․ "Qələbəyə 23 gün qaldı", deyə alyansın bəyanatında deyilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə