"Ermənilər təxribat xarakterli hərəkətlərinə davam edərlərsə..." - DEPUTATDAN SƏRT REAKSİYA
"Ermənilərin Naxçıvan və digər istiqamətlərdə təxribatların törədilməsinin əsasında Ermənistandakı hakimiyyətsizlik və ordusundakı özbaşınalıq kimi dəyərləndirərdim. Ermənistanda siyasi böhran pik həddə çatıb. Seçkiyə gedən siyasi qüvvələr müxtəlif yollarla sadə insanların könlünü almağına çalışırlar. Torpaqlarımızı işğaldan azad etməyimiz Ermənistanın gündəliyini dəyişib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputatın sözlərinə görə, revanşist addımları atılmaqla və bəyanatları səsləndirilməklə hakimiyyətə gələcəklərini düşünürlər: "Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir və hər bir təxribat hərəkətinin qarşısı ciddi şəkildə alınacaqdır. Əgər, təxribat xarakterli hərəkətlərini davam etdirərləsə, onlar son şanslarını da itirmiş olacaqlar və 44 günlük müharibədə olduğu kimi məhv olunacaqlar. Bizim heç bir ölkənin ərazilərində gözümüz yoxdur və bizim torpaqlarımızda olan düşmən gözlərini də çıxardacağıq".
A.Badamov vurğulayıb ki, Ermənistanda parlament seçkilərinə az bir müddət qalıb: "Biz hələki səbir nümayiş etdiririk. Amma belə hallar çoxalarsa, bizim də səbrimiz tükənə və dəmir yumruğumuz hərəkətə keçə bilər. Bu dəfə dəmir yumruğumuz hərəkətə keçərsə onlara heç bir havadarı kömək edə bilməyəcək. Yaxşısı odur ki, başlarını daşa vursunlar və ağıllansınlar. Biz onların nazı ilə 30 il oynamışıq. Daha nazlarını çəkməyinə nə zamanımız var, nə də ki, səbirimiz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB