"Sərhəddə vəziyyət gərgindir" - PAŞİNYANIN ETİRAFI

"Sərhəddə vəziyyət gərgindir" - PAŞİNYANIN ETİRAFI

Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgindir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.

Paşinyan Vardenis bölgəsinə, xüsusən də bu gün səhər saatlarında Azərbaycan hərbçiləri tərəfindən altı erməni əsgərinin tutulması ilə bağlı başqa bir hadisənin baş verdiyi kəndə işgüzar səfərə çıxıb.

Baş nazir səlahiyyətlərini icra edən Paşinyan bildirib ki, indi bu günlərdə sosial şəbəkələrdə sərhəddəki gərginliyi nümayiş etdirən videolar yayılır. O, bu gərginliyin artmaqda və tez-tez insidentlərə səbəb olduğunu deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə