Ötən il ölkə iqtisadiyyatı iki ağır şokla üzləşib - NAZİR

Ötən il ölkə iqtisadiyyatı iki ağır şokla üzləşib - NAZİR

Ötən il ölkə iqtisadiyyatı iki ağır şokla üzləşib. İlk növbədə bu şok koronavirus pandemiyası ilə əlaqədar, ikinci isə neft və neft məhsullarının qiymətinin kəskin aşağı düşməsi olub. SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qeyd olunan proseslər ölkə iqtisadiyyatına mənfi təsir göstərməklə ÜDM-nın azalmasına təsir göstərib.

S.Şərifov bildirib ki, ötən il bütün dünya ölkələri üçün ağır bir il oldu: “Dövlət tərəfindən pandemiyanın yaratdığı yeni çağırışlara çevir reaksiya verildi. Cənab Prezidentin tapşırığı ilə pandemiyanın sosial-iqtisadi təsirlərinin qarşısını almaq üçün dərhal proqramlar hazırlanıb icrasına başlanıldı. Bununla da görülmüş tədbirlər nəticəsində bütün sosial öhdəliklər vaxtında yerinə yetirildi, eyni zamanda pandemiyanın ölkə iqtisadiyyatına təsirinin minimuma endirilməsinə nail olunub”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə