“28 May Bayramı tamamilə fərqli mühitdə qeyd olunacaq” - MÜSAHİBƏ

“28 May Bayramı tamamilə fərqli mühitdə qeyd olunacaq” - MÜSAHİBƏ

SİA Politoloq Anar Əliyevin müsahibəsin təqdim edir.

- Artıq 2 gün sonra ölkəmizdə Respublika Günü qeyd olunacaq.Bu ərəfədə dünyanın aparacı ölkələri nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən ölkə başçısı Cənab İlham Əliyevə təbriklər gəlməyə davam edir. Bu təbriklər hansı mahiyyətdən xəbər verir?
Bu məktublar başlıca olaraq nəyə hədəflənib?

- Sabah 28 May - Respublika Günü bayramımızı qeyd edəcəyik. Bununla bağlı cənab Prezidentə çoxlu sayda həm dövlətlər, baş nazirlər, Eyni zamanda beynəlxalq təşkilatların rəhbərləri tərəfindən təbriklər ünvanlanır. Bu təbriklər cənab Prezidentin timsalında Azərbaycan xalqına olan təbriklərdir. Xüsusilə qeyd etmək istərdim ki, 2020 ilin sonlarında Azərbaycanın yaratdığı yeni reallıq fonunda biz artıq bu bayramı tamamilə fərqli mühitdə tamam başqa bir təəsüratla qeyd edirik.

Bunu dünya dövlətləridə təbrik göndərən şəxslərdə anlayırlar. Təbriklərin mətni ilə tanış olduqda görürük ki, Azərbaycan dövləti artıq regionun ən qüdrətli dövlətlərindən biridir. Cənubi Qafqaz regionunda Azərbaycan maraqları və prinsipləri ilə qoyduğu şərtlərlə razılaşmadan heç bir dövlətin hətta ən böyük dövlətlərin lahiyələrin və maraqların xidmət edən işlərin mümkünlüyü ola bilməz. Bu faktorlar Azərbaycan dövlətinin gücünü və Azərbaycan prezidenti İlham Əliyevin nüfuzu göstərir. 44 günlük müharibə dövründə Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın nufuzlu mətbuat orqanına verdiyi müsahibə və Azərbaycanın haqq səsinin dünya səviyəsində çatdırılması baxımından mühüm əhəmiyyəti var. Eyni zamanda fevral ayında keçirilən mətbuat konfransı zamanı səsləndirilən fikirlər və geniş vizyona sahib dünya siyasətini bilən bir şəxsiyyət və böyük bir lider olduğunu bir daha göstərdi. Bu baxımından artıq 103-cü ilini qeyd edəcəyimiz bayram çox möhtəşəmdir.
Biz dövlətimizin mövcudluğunu yox həm də tam sərhədlərimizin bütövlüyünü və dövlət suverenliyimizi təmin olunması qeyd etmiş olacağıq.

- ABŞ prezidenti Co Baydenin məktubundan bir fikir var ki, dünya ölkələri təhlükəsizlik enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə səylər göstərməyə maraqlıdır. Bu fikir nədən xəbər verir?

- Azərbaycan dövlət olaraq bir çox regional və dünya gücləri ilə bir çox istiqamətdə daim əməkdaşlıq edib. Xüsusilə də təhlükəsizlik və beynəlxalq terrorla mübarizədə biz bunu görürük.artıq 20 ci ili tamam olan Azərbaycan Əfqanıstan da Amerikanın həyata keçirdiyi sülhməramlı və təhlükəsizlik missiyasında çox mühüm tərəfdaşdır. Bunu Amerika rəsmiləri də daim qeyd edirlər. Baydenin məktubu da bunun bariz nümunəsidir.
Eyni zamanda Azərbaycan dövləti artıq regional bir enerji xamına çevrilibdir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın enerji yataqlarından səmərəli istifadəsi və Avropaya çatdırılması ilə yanaşı həm də Orta Asiya dövlətlərinin enerji mənbələrinin qaynaqlarının Avropaya çatdırılmasında mühüm rol oyanyır. Bu baxımından Azərbaycan regional bir qüvvədir.Azərbaycan yalnız sərhədləri daxilində maraqlara xidmət edən dövlət deyil. Bunlarda dünya ölkələrinin prezidentlərinin məktublarında açıq şəkildə öz əksini tapıb.

- Bu günlərdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəmizə səfər etdi. Azərbaycana və İravana səfərin başlıca səbəbi nədir?

- Azərbaycan Prezidenti ilə görüş vaxtı Azərbaycanın dövlət başçısı İran dövləti haqqında və mövcud hakimiyyət haqqında çox yüksək fikirlər səsləndirdi. Xüsusilə də indiki administrasiya dövründə Azərbaycan və İran münasibətlərini çox yüksək səviyədə olduğunu qeyd etdi. İranla çox böyük tarixi mədəni milli əlaqələrimiz mövcuddur. Amma düşünürəm ki, bizim İran dövlətindən gözləntilərimiz daha çoxdur. Biz İran dövlətindən daha çox həmrəylik, dayaq və dəstək gözləyirik. Nəinki bizimlə haqsız olaraq münaqişədə olan Ermənistanla münasibətində İranın davranışları. Bu baxımdan qeyd edim ki, İranın xarici işlər naziri bir termin istifadə etdi ki, Ermənistan bizim strateji müttəfiqimizdir. İran Ermənistanı strateji müttəfiq, Azərbaycanı isə müttəfiq adlandırır. Azərbaycanı müttəfiq adlandıran İrandan biz qardaşlıq, dostluq münasibəti və islam həmrəkliyi gözləyirik. Təəssüf ki, bu münasibəti İranla Ermənistan arasında görürük. Səfəri zamanı bir çox məsələlərə toxunuldu. Təbii ki, ictimaiyyətə açıqlanmayan bir çox məsələlər müzakirə olunub. İran kimi bir dövlətin nəinki xarici işlər nazirləri, heç prezidentləri də dəyişəndə onların xarici siyasətlərin və regional siyasətlərində ciddi dəyişikliklər gözləmək mümkün deyil.

- İranın fəallığı nəyə hesablanıb?

- İran böyük dövlətdir və bizim qonşumuzdur. Təbii ki, regionda baş verən hadisələrə ən diqqətlə izləyən dövlətlərdən birincisidir. İran tərəfinin narahatlıqlarını başa düşmək mümkündür. Amma İran tərəfinin Azərbaycanı narahat edən bəzi davranışları var. Zəfər paradı zamanı Türkiyə prezidenti Cənab Ərdoğanın səsləndirdiyi bir fikri ölkəsinin ərazi bütövlüyü üçün təhdit adlandıran İran rəsmiləri bir neçə gün sonra Azərbaycanım Qarabağ bölgəsində Laçın dəhlizindən keçən İrana məxsus yük maşınlarının görüntüləri yayıldı. Buna İran tərəfi heç bir rəsmi açıqlama vermədi. Ermənistanla əlaqə saxlamaq, mütəffiqlik etmək bir qonşu kimi İranın da maraqlarına xidmət edir. Amma Ermənistana müharibədən sonra hərbi yardımı təklif edən dünyada yalnız iki dövlət İran və Fransa olub. Fransanın etdikləri göz qabağındadır. Amma İslam həmrəyliyi gözlədiyimiz İrandan Ermənistana bu cür təklif gəlməsi bizi çox təəssüfləndirdi. Eyni zamanda deltimasiya və demokrasiya prosesinin həyata keçirilməsi ilə bağlı İranın sərgilədiyi narahatlıq başa düşülən deyil.

- Belə bir ehtimal yaranır ki, İranın Qarabağdakı yekun nəticələri ümumiyyətlə, proseslərin bu yerə gəlib çatacağı bir növ dəqiq olmayıb. Rusiyalı ekspertlərdə bu haqda fikirlər səsləndirirlər. Siz bu fikirlərlə razısınızmı?

- Hesab edirəm ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi bu möhtəşəm qələbə İran texnoloqları tərəfindən tam proqnozlaşdırılmayıb. Hazırki, mövcud reallıq İranın regional maraqları üçün uyğun deyil. Xüsusilə, Türkiyənin bölgələ daxil olması və bölgədə aparıcı söz sahiblərinin birinə çevrilməsi və Türkiyənin Rusiya ilə birgə şəkildə mütəffiq olaraq bölgəyə daxil olması İran üçün qətiyyən məqbul edilən hal deyil. Bu baxımdan mövcud rəhbərlik Azərbaycanın yaratdığı reallıqları və bu reallıqlar fonunda baş verən geosiyasi vəziyyəti İrana təhdid kimi qiymətləndirir.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələcəyi bildirildi. Bu səfərin bizim üçün önəmi nədir?

- Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, Vətən müharibəsi dövründə bizə ən böyük dəstəyi Türkiyə dövləti və Türkiyə cəmiyyəti göstərdi. Döyüşü çıxmaq şərt ilə bütün sahələr də mümkün dəstəyin hamısın gördük. Verilən dəstəyin nəticəsidir ki, regionu özünün ağası hesab edən bəzi dövlətlərin Azərbaycana edə biləcəyi mümkün təzyiqlərin qarşısı alınmış oldu. Cənab Ərdoğanın açıq şəkildə bildirməsi ki, biz hər an Azərbaycan dövlətinin yanındayıq və onun mübarizəsinə dəstək veririk. Bu mesajlar dəqiq ünvanına çatmışdır. Bu mənada "bir millət, iki dövlət" dediyimiz anlayışdan irəli gələrək Türkiyə Prezidentin regiona gəlməsi və qürur mənbəyimiz Şuşaya səfər edəcəyi ilə bağlı planların açılması Azərbaycanın mövqeyini bir daha gücləndirməklə yanaşı həm də bütün dünya üçün mövcüd vəziyyəti dəyişdirməyə meyilli olan qüvvələr üçün bir mesaj xarakteri daşıyır. Artıq prosesi dəyişmək mümkün deyil.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə