“Anatolian Phonex-2021” təlimləri 2008-ci ildən sonra hər iki ildə bir dəfə keçirilir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, son keçirilən təlimlər artıq 6-cı dəfədir ki, beynəlxalq miqyasa malikdir: “Azərbaycan burada Türkiyə ilə bərabər Ruminiyadan, İngiltərədən, Pakistandan, Qətərdən, Şimali Kiprdən olan həmkarları ilə birgə təlimlərdə iştirak edir. Bu təlimlərdə həm axtarış xilasetmə əməliyyatları, həm də girovların azad edilməsi üzrə bir sıra ssenarilər üzrə məşqlər keçirirlər. Azərbaycan bu təlimlərə adətən hərbi hava qüvvələrinin və hərbi dəniz qüvvələrinin heyətləri, pilotları ilə qatılıb”.
Hərbi ekspert həmçinin qeyd edib ki, əvvəlki təlimlərdə olduğu kimi bu dəfə də Azərbaycanın aviasiya vasitələri o cümlədən helikopterləri və onların heyətləri də təlimlərdə iştirak edir: “Təlimlərin keçirilməsində əsas məqsəd tərəfdaş ölkələrin bir-biri ilə təcrübə aparması, həmçinin də gələcəkdəki mümkün təhdidlərin aradan qaldırılması zamanı qarşılıqlı əlaqədə əməliyyatların həyata keçirilməsinə vahid baxış bucağı formalaşdırmasından ibarətdir. Ümumilikdə isə bu təlimlər Azərbaycanın həm üstün beynəlxalq təcrübə əldə etməsinə, həm də bu sahədə imkan və potensialını artırmaqda şərait yaradacaq”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB