"Biz müharibəni qazanmışıq və şərtləri diqtə edən tərəfik" - MÜSAHİBƏ

"Biz müharibəni qazanmışıq və şərtləri diqtə edən tərəfik" - MÜSAHİBƏ

SİA politoloq Elxan Şahinoğlunun müsahibəsini təqdim edir.

- Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Cənubi Qafqaz Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr təşkil olunub. Sizcə, bu tədbirin əhəmiyyəti nədən ibarətdir?

- Biz müharibədə qələbədən sonra yeni bir dövrə qədəm qoyduq. Artıq Ermənistanla hibrid və informasiya savaşı içərisindəyik. Ermənistandan Azərbaycana qarşı informasiya savaşı aparırlar. Biz bu informasiya savaşında geri qala bilmərik. Müharibə günlərində informaiyanın bütün yükü dövlət başçısını üzərində olduğu kimi, müharibə bitdikdən sonra da görürük ki, bu istiqamətdə fəaliyyətini dövlətimiz davam etdirir. Bu cür onlayn konfranslar vasitəsilə ciddi məsələlərlə bağlı ciddi mesajlar verilir. Rusiya, ABŞ, UNESCO-ya müəyyən mesajlar verildi. Bu onlayn konfranslar Azərbaycan üçün vacib bir əhəmiyyət kəsb edir. Fikrimcə, müharibə günlərində olduğu kimi bütün yük dövlət başçısının üzərindədir. Bəs dövlətin digər güc strukturları bu istiqamətdə çox da fəal deyillər? Bizim Xarici İşlər Nazirliyimiz, Ombudsman Aparatımız, Diaspor Komitəmiz var. Çox təəssüf ki, onlar Prezidentin sürətinə çata bilmirlər. Üçüncü sənədin imzalanması haqqında müəyyən mülahizələr gedir. Sərhədlərin müəyyyənləşməsi ilı bağlı sənəd imzalanmalıdır. Sənəd haqqında məlumatlar yoxdur. Bizim müvafiq güc strukturlarımız bu haqda ictimaiyyətə məlumat vermirlər. Başa düşməliyik ki, hibrid savaşı isti savaşdan az əhəmiyyətli deyil. Dövlət başçımız öz üzərinə düşən işi artıqlaması ilə görür. Prezidentimiz lazımi olan mesajları onlayn konfranslar zamanı göndərir.

- Son günlərin ən yaddaqalan hadisələrindən biri mədəni hadisələrindən biri mədəniyyət paytaxtımız olan Şuşada “Xarıbülbül” müsiqi festifalı keçirilməsi oldu. Festivalla təəssüratlarnız necədir?

- Şuşa azad olunandan sonra artıq dövlət başçısı da elan etdi ki, Şuşada iki mötəbər tədbir “Xarıbülbül” musiqi festivalı və “Vaqif poeziya günləri” keçiriləcək. Hesab edirdim ki, müharibədən çıxmış bir şəhər kimi Şuşada festival keçiriləcək, lakin imkan daxilində olacaq. Ancaq bu festival möhtəşəm şəkildə və çox yüksək səviyyədə keçirildi. Burada Heydər Əliyev Fondu çox böyük hazırlıq işləri gördü. İki gün dalbadal keçirilən festival iki hissəli oldu. Düşünürəm ki, “Vaqif poeziya günləri”də eyni səviyyədə keçiriləcək. Vurğulamaq istərdim ki, dağılmış bir şəhərdən belə bir tədbir ərsəyə gətirmək asan bir məsələ deyil. ”Vaqif poeziya günləri” də Vaqifin məqbərəsi tam təmir olunandan sonra keçirilməlidir. Ermənilər bu festivalın keçirilməsi ilə bağlı çox narahat oldular və narazı qaldılar. Biz mesajlarımızı verdik ki, Şuşa Azərbaycanın əbədi şəhəridir. Şuşada olan atəşfəşanlıqda ermənilərə psixoloji təsir etdi.

- Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesi həyata keçirir. Görünən budur ki, Ermənistan tərəfi maneə yaradır, hər veclə bu prosesi yubatmağa çalışır. Siz durumu necə qiymətləndirirsiniz?

- Biz torpaqlarımızı azad etdik və buna uyğun olaraq sərhədlərimizi də müəyyənləşdirməliyik. Ermənilər və erməni speratcıları 30 il torpaqlarımızı işğal altında saxladılar və sərhədlərin olmamasına alışmışdılar. Kəndləri, yolları, gölləri öz ərazilərinə keçirirdilər. Sərhədlərin müəyyənləşdirilməsi texniki bir prosesdir. Ermənilər hay-həşir salmağa başladılar. Qərbdəki, Rusiyadakı dostlarını Azərbaycana qarşı hərəkətə gətirməyə başladılar ki, Azərbaycan əlehinə təyiqlər artsın. Lakin biz bu prosesi davam etdirməliyik. Kəndlərin yolların bölünməsi bizim problemimiz deyil.

Kəndləri yolları Azərbaycan ərazisinə qədər genişləndirən ermənilərdir. Biz elə bir yerlərdə sərhədi müəyyənləşdiririk ki, strateji nöqtələrdə Ermənistandan keçən yolları,hava limanlarına böyük şəhərlərini nəzarətə götürmək imkanı qazanırıq. Bu bizim üçün çox vacib məsələdir ona görə ki, gələcəkdə Azərbaycana qarşı ermənilər yenə təxribat etmək istəsə, biz onların bütün stratejik nöqtələrini nəzarətdə saxlayacağıq. Bu Ermənistana xəbərdarlıqdır ki, yenə torpaqlarımızı işğal etmək istəsəniz və təxribat törətsəniz həmin nöqtələrdən sizi vura bilərik.
Sərhədlərin müəyyənləşməsi bizim üçün vacibdir. Deyilənə görə belə bir sənəd var. Paşinyan parlametdə çıxışı zamanı söylədi ki, guya həmin sənəd 100 faiz Ermənistanın maraqlarına cavab verir. Bu fikir nağıldır. Çünki biz qələbə çalmışıq və şərtləri diqtə edən bizik.

- Qarabağdakı silahlı seperatçıların tərkisilah edilməsi Qazaxın 7, Naxçıvanın isə 1 kəndinin qaytarılması bu sənəddə öz əksini tapa bilərmi?

- 10 noyabr bəyanatndan sonra təsdiqlənməyən xəbərlər yayıldı. Qazaxın 7 kəndi və Naxcıvanın 1 kəndi boşaldılacaq. Şifahi razılaşmada bu var. 6 ay ərzində bu məsələ ilə bağlı müəyyən fikirlər yayıldı. Şifahi razılaşmada bu danışıqlar gedirsə, bu razılaşma həyata keçməlidir. Sənədin məxfi hissəsində bu özünə yer tapıb. Mən inanıram ki, bu bəndlər həqiqətən var. Paşinyan da bunu parlamentdə etiraf etdi. Paşinyanın etirafı idi ki, bu məsələ ətrafında fikir mübadiləsi gedir. Biz müharibəni qazanmışıq və şərtləri diqtə edən tərəfik.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə