Hərbi hissədə əsgər özünü asıb - HADİSƏNİN DETALLARI

Hərbi hissədə əsgər özünü asıb - HADİSƏNİN DETALLARI

Ermənistanın hərbi hissələrindən birində asılmış bir çağırışçı tapılıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, məlumatı "Sputnik" Ermənistanın müxbirinə Müdafiə Nazirliyi təsdiqləyib.

Bildirilir ki, əsgər bu ilin əvvəlində orduya çağırılıb. Müstəntiqlər faciənin səbəblərini müəyyənləşdirməli olacaqlar.

İlkin versiyaya görə, erməni əsgər intihar edib. Hərbçinin kimliyi barədə məlumat verilməyib. Yalnız bu ilin əvvəlində orduya çağırıldığı məlumdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə