Son günlər mebelin “Kontakt Home” tərəfindən geri götürülməsi ilə bağlı insanlar arasında yaranmış narahatlıq təbii ki, xoşagəlməz haldır. Şəhid ailələrinə qarşı hamımız hörmətlə yanaşmalıyıq, xoşagəlməz hallara yol verməməliyik. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili qeyd edib ki, bu hadisənin gündəmə gəlməsinə görə çox təəssüflənir.
“Hər bir şirkət, hər bir sahibkar şəhid ailəsinin problemini başa düşməlidir və o şəhid ailəsinə qarşı həssas yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcudur. Belə halların baş verməsinə təəssüf edirəm və yolverilməz olduğunu bildirmək istəyirəm.
Şəhid ailələri, şəhidlər ən böyük diqqətə layiqdirlər. Onlar vətən, torpaq uğrunda öz canlarını fəda ediblər, canlarından keçiblər və o şəhid ailələri də itirilmiş oğullarının dərdini çəkirlər. Onlar belə həssas təbəqə olduğundan onlara qarşı yanaşma da fərqli olmalıdır. Həm müəyyən kreditə verilmiş malların dəyərinin ödənilməsində müəyyən güzəştlər tətbiq olunmalıdır, həm də onlara qarşı, bir daha qeyd etmək istəyirəm ki, xüsusi yanaşma ortaya qoyulmalıdır. Yəni bu zidd doğuracaq cəhdlə hər hansı bir addımın atılmasının əleyhinəyəm”, deyə Azər Badamov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB