“Dəmir yumruğ”un gücü: : Rusiya Ermənistanı itirməmək üçün Bakıya "HƏ" dedi
Prezident İlham Əliyev: “Dağlıq Qarabağın statusu müzakirə olunmur”
Belə bir ifadə də var: “Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir”. Bu, həqiqətən də belədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan küçədən hakimiyyətə gəldiyi gündən başqalarına qarşı əsassız ittihamlarla çıxış etməklə elə zənn etdi ki, yalan və əsassız iddialar irəli sürməklə tutduğu kreslosunda qala biləcək. Ancaq N.Paşinyan hansı formada yalan danışsa da, yenə də əvvəldə dediyimiz kimi, tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru, nə də Paşinyan təfəkkürü qabil deyil. Çünki gürcü yazıçısı Serqi Sacayanının dediyi kimi: “ermənilər şir deyil, güclü dövlətlərə qulluq göstərən çaqqallardır”.
Hər daşın altından məhz Paşinyanın "əl"i çıxır. Bütün təxribatçı ideyalara, planlara məhz o müəlliflik edir. Ötən il sentyabrın 27-də başlanılan, ardınca ölçüyə gəlməz təxribatlar - Mingəçevir SES-i vurmaq barədə sərsəm açıqlamadan sonra Gəncəni vurmaq «ideyası», sülhdən dəm vurub sonra da «Qarabağ Ermənistandır, vəssalam» deməsi Paşinyanın Ermənistanı və Qarabağdakı erməniləri Feysbuk üzərindən idarə etməklə "demokrat" köynəyini çıxararaq Ermənistanın Hitleri obrazına girməsi quldur Paşinyanın quldur siyasəti deyilmi?
“Dağlıq Qarabağın statusu müzakirə predmeti olan məsələ deyil”
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağın statusu müzakirə predmeti olan məsələ deyil: “Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil. İndi bizdə olan məlumata görə, rus sülhməramlılarının nəzarəti altındakı ərazidə otuz min insan yaşayır. Orada yaşayan insanlar bizim vətəndaşlarımızdır. Biz onları erməni təbliğatı tərəfindən beyinləri yuyulmuş vətəndaşlarımız hesab edirik. Əgər sülh sazişinə nail olunarsa, onda əlbəttə ki, sizin dediyiniz kimi, ikinci mərhələ olan üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Beləliklə, biz buna hazırıq. Biz Ermənistan tərəfindən müsbət cavab gözləyəcəyik”.
“Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”
Bəli, dəfələrlə Ermənistanın başında dayanan rəhbərlərinin düşüncəsiz hərəkətlərinə, təxribatlarına “Dəmir yumru”ğun gücü ilə cavab verilib və bu gün təcavüzkar Ermənistan etdiyi düşünülməmiş əməlinin bədəlini çəkir və Azərbaycan heç bir təxribatçı addım atmayıb. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər.
Prezident İlham Əliyev çıxışlarında da dəfələrlə bildirib ki, Ermənistan bir daha belə hücumlar etsələr, peşman olacaqlar: “Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.
Bütün bunların müqabilində uğursuz dövlət olan Ermənistanın dövlətçiliyi iflasa uğrayır. Artıq bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyətinin bu uğursuz fəaliyyətinə qarşı çıxırlar. Və sentyabrın 27-də Ermənistan tərəfindən edilən növbəti təxribat bir daha sübut edir ki, baş verənlər Ermənistan üçün yeni-yeni fəlakətlər vəd edir.
Tarixi hiyləgərlik və əslində, xarakterik zəiflik simasıdır
Müqəddəs deyim var: “Haqlısansa qorxma, haqq səni qoruyacaq!”. Bəli, haqlı olduğumuz üçün ilahi ədalət bərqərar oldu! Düşmən məhv edildi və etdiyi hiyləgər əməllərinin bədəlini gördü və görür də.
«Dağlıq Qarabağ respublikası» yoxdur,-deyən Azərbaycan Prezidenti dəfələrlə sərt mesajlar verərək onları düz yola gəlməyə dəvət edib: “Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil qutusuna atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur”.
Bəli, Ermənistanın ipi öz əlində olmayan ölkə olduğu hər halından bəlli...
Qarabağ problemi yoxdur, dünyada bir erməni xəstəliyi var
“Qordi düyünü”nə çevirən keçmiş ATƏM-in adı dəyişdirilən indiki varisi ATƏT oldu. Ermənipərəst güclərin ATƏT-in Minsk qrupunu yaratmaqda məqsədləri Qarabağ məsələsini ermənilərin xeyrinə həll etmək idi. Bunu Qarabağ haqqında gündəlik adi informasiyanı dinləməyən sadə azərbaycanlılar belə bilirlər. Hamımızın bildiyi bir məlum həqiqət də var. ATƏT-in Minsk qrupu yaradılanda Fransa onun həmsədrləri sırasında olmayıb. Sonradan Fransa Türkiyəni əvəzləyib. Əvəzləyib deyəndə, ermənipərəst güclər ciddi-cəhdlə Fransanı qrupa pərçimlədilər. Fransanın özü bunu daha çox istəyirdi. Fransa ATƏT-in həmsədrliyinə qoşulandan sonra birmənalı olaraq ermənipərəst mövqeyi ilə seçildi və məqam düşəndə siyasi mövqeyini qabarıq bir formada nümayiş etdirdi.
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini təmsil edən “üçlük” müəyyənləşdirdikləri qrafik əsasında Cənubi Qafqaza səfərlər edib, ermənilərə göz-qulaq oldular. ATƏT-in Minsk qrupunun məqsədi yaratdıqları “Qordi düyünü”nü monopoliyada saxlamaq idi. Hətta Azərbaycan Avropa Şurasına üzv qəbul olunanda Qarabağ məsələsini monopoliyada və daimi olaraq nəzarətdə saxlamaq üçün ayrıca bir bənd də yazdırmışdılar. Azərbaycanın Avropa Şurası ilə imzaladığı müqavilədə xüsusi qadağalar, hətta dolasıyla ermənilərin mənafeyini qoruyan qırmızı xətt müəyyənləşdirilmişdir. Həmin bənddə qət olunmuşdur: Azərbaycan Qarabağ torpaqlarını yalnız danışıqlar yolu ilə geri qaytara bilər. Bu şərti çığıraraq bəyan edənlər bu uzun illər ərzində “darıda donuz otardılar”.
Əslində, ermənipərəst qüvvələr “darıdan donuzun çıxmasını” istəmirdilər, əksinə, özgə torpağında donuzların sayını artırmağa çalışırdılar. Dinc yol, sülh və danışıqlar yolu deyərək vaxtı uzatmaq, nəsil dəyişikliyinə nail olmaqla sonda mənfur məqsədlərini həyata keçirmək niyyəti güdürdülər. Alınmadı. “Tarixdə hər hökmü bir zaman verir”. Qoca tarix bu gün daha bir ədalətin zəfərinə şahidlik edir.
Bu üçlüyün içərisində canfəşanlıqla daha çox hay-küy salan Fransa yox, prezident Makron oldu. (Makron hələ bütöv Fransa demək deyil) Elə çığır-bağır saldı ki, hay-həşiri Qarabağda belə eşidildi. Makron özünü Fransa prezidenti kimi yox, lap bir qədər yumşaq desək, illər boyu şovinizmi körükləyən daşnaksütyun partiyasının üzvü kimi apardı. Makron daşnaksütyun partiyasını küncə sıxışdırmış Nikol Paşinyandan da daha kəskin formada “erməni” xəstəliyinə yoluxduğunu nümayiş elətdirdi. Və bu xəstəliyə tutulan Paşinyan unudur ki, 10 noyabr bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəli, dövlət başçımızın dediyi kimi: «Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq».
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrdə çıxış edərkən söyləyib ki, bu gün yəqin ki, Ermənistan üçün həqiqətən müstəqil ölkə olmaq arzusunu reallaşdırmaq üçün son şansdır: «Ermənistanın hər kəsə iddiası var. Elə bil, onlar hesab edir ki, bütün dünya onlara necə kömək etmək lazım olduğunu düşünməlidir. Amma əgər onlar özlərini müstəqil sayırsa, özləri öz qayğısına qalmalıdır. Bu gün yəqin ki, Ermənistan üçün həqiqətən müstəqil ölkə olmaq arzusunu reallaşdırmaq üçün son şansdır".
Dövlətimizin başçısı qeyd edib ki, münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan Azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb. Və parlament seçkisinə düz bir ay qalmış bir vaxtda Azərbaycanın təzyiqi ilə 10 noyabr bəyanatının əsas bəndi olan Zəngəzur dəhlizinin açılması yönündə atılan addımları Ermənistanın daxili auditoriyasından gizlətməklə divident axtaran Nikol Paşinyan hökumətin bugün keçirilən iclasında Serj Sarkisyanın kürəkənini məxfi işlərini ictimiləşdirdiyi üçün Bakının Ermənistandakı "casusu" adlandıraraq, əslində, ona nifrətini, qəzəbini ifadə edib.
Amma proseslərin xronologiyası sözügedən kadrlara əsasən demək olar ki, Dəmir yumruq ermənilərə üçtərəfli birgə bəyanatı (10 noyabr 2020) imzalamağa vadar etdi, şillə-təpik isə sərhədlərin bərpası barədə sənədi imzalamaq üçün növbəti vasitə oldu. Daha doğrusu, Azərbaycan əsgəri onlarla anladıqları dildə danışmağa məcburdur.
Və görünür, bunun üçün də Putin son vaxtlar Qərbin sanksiyalarının, təzyiqlərinin artdığı bir vaxtda Kremlin imicinə xələl gəlməsini heç istəmir və bu məqsədlə də telefon danışığı zamanı Bakı, İrəvan və Moskvanın sərhədlərin müəyyənləşdirilməsinə dair yeni bir bəyanatın hazırlanması üzərində danışıqlar getməsi haqqında müəyyən fikir mübadiləsi aparıb. Bu baxımdan da Moskva anlayır ki, nüfuzunu qorumaq və yerini itirməmək üçün üçtərəfli bəyanatın icrasını mütləq şəkildə reallaşdırmaq lazımdır.
Ali Baş Komandan Prezident İlham Əliyev cənablarının dediyi kimi: «Əgər bir daha təxribata əl atsalar, yerindəcə məhv ediləcəklər! Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq... Bu, sonuncu xəbərdarlıqdır».
Bəli, bu, Prezident İlham Əliyevin Ermənistana növbəti xəbərdarlığıdır və bu dəfə revanşist dəstələri, sərhəddə təxribat törədənləri çirkin əməllərindən nəticə çıxarmağa çağırdı. Əks təqdirdə, «Dəmir yumruq» əməliyyatı yenidən təkrarlana bilər.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB