Peskov: Putin əmindir ki, Qarabağla bağlı üçtərəfli razılaşmalara alternativ yoxdur

Peskov: Putin əmindir ki, Qarabağla bağlı üçtərəfli razılaşmalara alternativ yoxdur

Rusiya prezidenti Vladimir Putin əmindir ki, Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativ yoxdur. SIA TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Prezident üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativsizliyinin sadiq tərəfdarıdır və hazırda gərginliyi aradan qaldırmaq və sərhəddəki vəziyyəti düzəltmək üçün fəal səylər göstərilir"- dedi.

Peskov, Putinin Ermənistanın baş naziri Nikol Paşinyandan hərbi yardımla əlaqədar məktub alıb-almadığı sualına cavab verməkdə çətinlik çəkdi. O, "bütün bu məsələlərin ikitərəfli təmaslar zamanı dəfələrlə müzakirə edildiyini" qeyd etdi. Kremlin mətbuat katibi, Rusiyanın Qarabağdakı vəziyyətin həlli məsələsində Azərbaycan və Ermənistanla daim təmasda olduğunu əlavə etdi.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə