Erməni bloger növbəti dəhşətli faktları açıqladı ŞOK DETALLAR

Roman Baqdasaryan: “Bakıda qoyulan manekenlər azərbaycanlıların fantaziyaları deyil, bu, zabitlərin əsgərlərinə qarşı qorxaq münasibətlərini sübut edən dəhşətli həqiqətdir”

Erməni blogeri Roman Baqdasaryan özünün YouTube kanalında Qarabağda 44 gün davam edən müharibə vaxtı erməni zabitlərinin qorxaqlıqları, hərbi əməliyyatlardan yayınmaları, təhkimlərində olan əsgərləri atıb-qaçmaları ilə bağlı çarx hazırlayıb. SİA xəbər verir ki, bu haqda danışan bloger digər faktları da açıqlayaraq, erməni ordusundakı gerçək vəziyyəti ifşa edib.

“Bu səbəbdən Ermənistandan olan hərbçilər daima zabitlərin yerlərində olmamaları barədə danışırdılar. İndi aydındır ki, nəyə görə Hadrut qarşısında zəncirlənmiş erməni əsgərləri aşkar olunmuşdu. Bakıda qoyulan manekenlər (Hərbi Qənimətlər Parkını nəzərdə tutur – R.R.) azərbaycanlıların fantaziyaları deyil, bu, zabitlərin əsgərlərinə qarşı qorxaq münasibətlərini sübut edən dəhşətli həqiqətdir”, erməni blogeri bildirib. SİTAT: “Aydındır ki, əsgərləri zəncirləyərkən erməni zabitləri fərariliyin qarşısını almağa çalışırdılar ki, bu hal ruh düşlünlüyü yaşayan erməni ordusunda baş verirdi və indi də baş verir”.

“Bu adamlar gənc uşaqları qan və səngər içində ataraq meşələrə qaçmışdılar”

Verilişdə bildirilir ki, müharibəyə qədər də Hadrutda, eləcə də Suqovuşanda yerləşən erməni hərbi hissələrində talançılıq, oğurluq, əsgərlərin döyülməsi faktları yaşanırdı.

“Müharibə başlayandan bir neçə gün sonra Araik Arutyunyan 5000 nəfər qarabağlı ermənini axtarışa verdirmişdi. Onlar 18-55 yaş arası kişilər idilər. Bu adamlar gənc uşaqları qan və səngər içində ataraq meşələrə qaçmışdılar. Arutyunyanın komanda üzvləri Qarabağdan birinci qaçanlar olublar. Artıq qarabağlı məmurların restoranlarda şənlik keçirmələrini göstərən fotolar və videogörüntülər də sızmağa başlayıb”, bloger bildirir.

Müəllif çıxışında daha bir maraqlı məqama da toxunaraq qeyd edib ki, Serj Sarqsyan və Robert Koçaryanın hakimiyyətləri zamanı bir dənə də olsun peyk buraxılmayıb, hansı ki, Azərbaycan əksini edib. Peykin olmamasına görə Azərbaycan Respublikası hər yeri və hər şeyi görürdü, Ermənistan isə heç nəyi görmədən döyüşürdü.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə