ABŞ-ın hərbi elitası Co Baydenə qarşı çıxdı! GÖZLƏNİLMƏZ BƏYANAT

Prezident seçkilərinin saxtalaşdırılması, dövlət başçısının psixoloji durumu və Soros izi...

Bütün dünyaya “demokratiya dərsləri” verməyə cəhd edən və bu vasitə ilə özünü “yeganə azad ölkə” kimi göstərməyə çalışan “demokratiyanın beşiyində” - ABŞ-da son prezident seçkiləri zamanı elə Amerika mətbuatının özünün də yazdığı kimi - baş vermiş kütləvi saxtakarlıqlar və pozuntular, habelə Co Baydenin hakimiyyətə gəldikdən sonra apardığı qarışıq (əslində anlaşılmaz) siyasət artıq bu ölkənin ali hərbi dairələrində, müdafiə sektorunda da ciddi narahatlıqlar yaratmağa başlayıb. SİA xəbər verir ki, ABŞ-ın təqaüddə olan ali rütbəli zabitlərini özündə birləşdirən və ən nüfuzlu təşkilat kimi tanınan “FlagOfficers 4 America” təşkilatının 120 nəfər (!) admiral və general üzvləri birgə bəyanat imzalayıblar.

“Millətimiz dərin təhlükədədir”

Bəyanat isə belə ifadə ilə başlayır: “Millətimiz dərin təhlükədədir...”. Təkcə bu ifadə kifayət qədər sübut edir ki, ABŞ-da daxili idarəetmədəki vəziyyət nə qədər “cızığından” çıxıb. Beləliklə, həmin bəyanatda ABŞ-ın daxili və xarici siyasətindən baş verən çoxsaylı boşluqlardan, administrasiya tərəfinən verilən yanlış qərarlardan danışılır və bu problemlərin aradan qaldırılması tələb edilir.

Məsələn, seçkilərlə bağlı bəyanatda deyilir ki FTB və Ali Məhkəmə seçkilər zamanı baş verən qanunsuzluqlara göz yummamalıdr.

Bayden hökumətinin qərarları ilə bağlı isə deyilir ki “...İndiki administrasiya 50-dən çox qərar qəbul etməklə bizim konstitusional hüquqlarımıza geniş miqyaslı hücuma keçmişdir...”.

Bəyanatda qeyd edilir: “Əlavə olaraq, əhaliyə nəzarət tədbirləri... yazılı və şifahi ifadələrə tətbiq edilən senzura bizim fundamental hüquqlarımıza birbaşa təcavüzdür”.

Necə deyərlər, "Öz gözündə tiri görməməzliyə vurub, özgə gözündə tük axtaran" ABŞ demokratlarının iç üzünü elə amerikalıların özləri açırlar, özü də elitar hərbi şəxsləri ilə! Ancaq baş verənlərə rəğmən, Bayden administrasiyasının bu və ya digər məsələlərdə dərhal ortaya çıxaraq digər ölkələrə, eləcə də bizə “demokratiya və azad ifadə” dərsi keçmələri kənardan heç də xoş təsir bağışlamır.

“Baş Komandanın fiziki və psixoloji durumuna laqeyd qalmaq olmaz”

Bəyanatda ABŞ-ın indiki rəhbər administrasiyasının beynəlxalq münasibətlər kontekstinə də toxunulması isə sübut edir ki, boşluqlar kifayət qədərdir və bu boşluqlar zamanında aradan qaldırılmasa, artıq milli məsələ ciddi təhükə altında qala bilər. Xüsusilə, həm Çinlə həm İranla münasibətlərdəki boşluqlar ətraflı əhatə olunub, səhvlər göstərilib. Və..!

Və Amerika generaitetinin yaydığı ən maraqlı məqam - ABŞ prezidenti Co Baydenin psixoloji durumu ilə bağlıdır. Bəyanatda deyilir:

“Baş Komandanın fiziki və psixoloji durumuna laqeyd qalmaq olmaz... Demokratların rəhbərliyinin bir müddət öncə nüvə kodları prosedurları haqqında sorğuları nüvə silahlarına malik rəqiblərə bizim milli təhlükəsizliyin durumu haqqında təhlükəli siqnallar ötürür və idarəetmənin kimin əlində olduğu haqqında suallar yaradır...”

Yeri gəlmişkən, bəyanatın tam mətni ilə təqdim etdiyimiz linkdən tanış ola bilərsiniz:

https://img1.wsimg.com/blobby/go/fb7c7bd8-097d-4e2f-8f12-3442d151b57d/downloads/2021%20Open%20Letter%20from%20Retired%20Generals%20and%20Adm.pdf?ver=1620643005025

Əslinsə Baydenin psixoloji durumu və ABŞ-da idarəetmənin faktiki bir qrup sorosçuların əlində olduğu artıq heç kim üçün sirr deyil. Nəticədə biz müşahidələrdən nəticə ıxarmaqla deyə bilərik - Bir görün, Bayden administrasiyasının hakimiyyətə gəldiyi cəmi bir neçə ay ərzində dünyada hansı faciələr baş verdi!

ABŞ demokratlarının öz ölkələrində belə vəziyyətin yaranmasına səbəb olmalarının bütövlükdə dünyaya hansı fəsadlar gətirə biəcəyini təsəvvür etmək isə çox ağırdır

Onu da xüsusilə qeyd edə bilərik ki, belə bir sərt və hərbi elita tərəfindən imalanan bəyanat ABŞ-ın tarixində ilk dəfə baş verir və bu da ABŞ cəmiyyətinin ölkədəki vəziyyətdən narahatlığının, həmçinin Amerika demokratlarının nə dərəcədə təhlükəli olduğunun aşkar göstəricisidir.

Hətta bəyanat ictimailəşdirildikdən sonra Amerikanın siyasi-ictimai dairələrində fəaliyyət göstərən qurum və təşkilatllar, eləcə də ayrı-ayrı nüfuzlu adamlar onun “hərbi çevrilişə hazırlıq” kimi gördüklərini də istisna etmirlər. Bu cür narazılıqların əməə gəldiyi halda ABŞ demokratlarının öz ölkələrində belə vəziyyətin yaranmasına səbəb olmalarının bütövlükdə dünyaya hansı fəsadlar gətirə biəcəyini təsəvvür etmək isə çox ağırdır – heç bir şübhə yoxdur ki, burada yalnız digər ölkələrin daxili işlərinə qarışmaq, hərbi çevrişlər, məxməri, yaxud qeyri-məxməri, rəngli inqilablar, və digər təxribatlar! Yəni nəticə hasil etmək mümkündür ki, Bayden administrasiyası insanları öz daxilindəki problemlərdən yayındırmaq, istənilən təhdidləri realizə edə bilmək düyməsini basmaq üçün hazır saxlayır.

Əslində isə bu bəyanata barmaqarası baxmaq olmaz, bu bəyanat Amerikanın yuxarıdan-aşağıya baxdığı bütün ölkələr üçün xəbərdarlıq siqnalı olmalıdır. Hər halda düşündürücü olaydır və bu olayda Amerikanın istefada ali hərbi elitasının, admiral və general heyətinin iştirakı artıq nəyin-necə olduğunu bütün çılpaqlığı ilə ortaya qoymuş olur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə