Putinin Azərbaycan Prezidenti ilə telefon danışığı RUSİYA MƏTBUATINDA

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında bu gün baş tutan telefon danışığında qarşılıqlı münasibətləri artırmaq üçün qarşılıqlı mövqelər təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti Agentliyi yazır və agentlik ölkə rəhbərlərinin müxtəlif səviyyələrdə təmaslar barədə razılığa gəldiklərini qeyd edir.

Həmçinin, agentliyin məlumatına görə, telefon danışığı zamanı Putin və Cənab Əliyev bir-birlərini Böyük Vətən Müharibəsindəki Qələbənin 76-cı ildönümü münasibətilə hərarətlə təbrik ediblər.

“Hər iki ölkənin lideri qəhrəmanlıq xatirəsini müqəddəs şəkildə ehtiramla yad etdiklərini və misilsiz qəhrəmanlıq, fədakarlıq göstərən veteranlara dərin minnətdarlıqlarını ifadə ediblər. Hərtərəfli, Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrini qurmaq üçün qarşılıqlı qərar qəbul olunub. Müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılığa gəlinib", deyə Rusiyaya məxsus agentlik qey edir.

Xatırladaq ki, dünən 9 may tarixində Böyük Vətən Müharibəsindəki Qələbənin 76-cı ildönümü qeyd olunub. Bu müharibədə faşizmə qarşı vuruşanlar arasında 700 minə yaxın azərbaycanlı da iştirak edib, hansıki onların yarıya qədəri, 300 mindən çoxu döyüşlər zamanı həlak olub. Faşizmlə mübarizədə texnikanın istifadə etdiyi yanacağın 70 faizini Azərbaycan təmin edib, Bakı nefti hesabına tanklar, təyyarələr yanacaqla təchiz edilib. Azərbaycan paytaxtı arxa cəbhədə də mübariz olub və hərbi hospitallarımızda yaralılara xidmət olunub. Bu baxımdan Azərbaycanın qələbənin 76-cı ildönumunu qeyd etməyə hər mənada haqqı çatır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə