Paşinyan Qarabağla bağlı razılaşmaları yerinə yetirəcəyini vəd etdi RUSİYA MƏTBUATI YAZIR

İrəvan Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazır olduğunu təsdiqləyir. SİA xəbər verir ki, bu sözləri Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib və onun sözlərini RİA Novosti sitat gətirib.

Rusiyaya məxsus mətbuat səhifəsində Nikol Paşinyanın fikirləri qeyd olunub.

"Son aylarda münasibətlərimizin daha da möhkəmləndiyini, sınaqdan bir neçə dəfə keçildiyini söyləyə bilərik. Çətin bir anda Rusiya bizə kömək əlini uzatdı, səbəb olan problemlərin həllinə kömək etdi. Pandemiya və onun nəticələri, Dağlıq Qarabağda olan köməkliklər göz önündədir. Rusiya Federasiyası hərbi əməliyyatları dayandırmağa və bölgəmizdə vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməməsinə nail ola bilib. Bu gün Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması təhlükəsizliyin möhkəm zəmanətidir. Rusiya Federasiyası prezidenti Vladimir Putinin bölgədə sülhün əldə olunmasında rolunu və Dağlıq Qarabağın normal həyatı üçün səy şərtlərini xüsusilə qeyd etmək istərdim", deyə Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşdə bildirib.

O, əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcəklərini bəyan edib.

"Sizi əmin etmək istərdim ki, Ermənistan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcəkdir. Biz, həmçinin konstruktiv dialoqun təmin olunması üçün hər cür səy göstərməyə hazırıq", deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun aktual ikitərəfli və regional məsələləri müzakirə etmək üçün mayın əvvəlində Ermənistan və Azərbaycana səfər edəcəyini bildirmişdi. Mövcud razılaşmalara əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin 5-6 may tarixlərində İrəvana və 10-11 may tarixlərində Bakıya işgüzar səfərə gedəcəyini qeyd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə