Beynəlxalq qurumlar öz gücünü itirir? - KÖŞƏ YAZISI

Beynəlxalq qurumlar öz gücünü itirir? - KÖŞƏ YAZISI

44 günlük müharibə dövründə bir çox qurumlar və dövlət kimi Fransa da özünün faşist dəstəkçisi mövqeyini göstərdi. Bütün bu yetərsiz səylərdən sonra belə İrəvandakı Fransa səfiri bildirib ki, ATƏT Minsk Qrupunun bu məsələyə yenidən baxması barəsində Fransa və Rusiyanın liderləri danışıqlar aparıb. Artıq bizi bu cür əsassız iddialar narahat etmir. Biz artıq bu təzyiqlərə öyrəşmişik. Təsadüfi deyil ki, biz elə bu cür təzyiqlər, təhdidlər uğultusunun sədası altında torpaqlarımızı azad etdik.

Bütün dünyaya sübut etmişik ki, BMT, ATƏT və.s təşkilatların praktik potensialı sıfıra çox yaxındır. Onlar 30 il ərzində sadəcə kağız üzərində qalan qətnamələr çıxararaq praktikadan uzaq qalırdılar. 44 günlük Şanlı Qələbəmiz zamanında saldıqları hay-qışqırıq isə sadəcə gülünc oldu. Bu hadisələrdən sonra isə onlar öz varlıqlarını sorğulamaq yerinə yenə də başbilən donlarının altında gizlənərək nələrsə əldə etməyə çalışırlar. Bu təşkilatların yarım əsrə yaxın varlığı müddətində hər hansısa yararlı bir iş gördüyü sual altındadır. Hərçənd biz onların qoyduğu qətnamələri öz gücümüz hesabına təmin edirik, onlar yenə də boş əsaslarla bizə təzyiq göstərməyə çalışırlar. Digər tərəfdən NATO, BMT-nin Qarabağla bağlı qətnamələrini təsdiqləyərkən onun fəaliyyəti də digər qurumlardan fərqlənmirdi

Bağladığımız müharibə beynəlxalq təşkilatların yararsızlığının qəbul olunmasının kluminasiya nöqtəsinə gətirmişdisə, artıq 10 noyabr sazişi imkan verdi ki, bu yararsızlıq damğası onlara da vurulsun. Bu təşkilatlar müharibənin başlanmasını dayandıra bilmədiyi kimi, onun sülh müqaviləsi ilə bitməsində də heç bir əsaslı rol oynamadı. Onların etməli olduğu vəzifələr, müharibə bölgəsindəki əmin-amanlığı təmin etmək, erməni revanşist qüvvələri sakitləşdirmək olarkən, bu qurumlar məsələyə yenidən baxmağa və qıcıqlar oyatmağa cəhd edir.

Maraqlısı budur ki, bu təşkilatlar hələ də nələrsə etməyə, qərarlar verməyə, bizə təzyiqlər göstərməyə çalışırlar. Görəsən beynəlxalq təşkilatlar öz yararsızlığını qəbul edə bilmirlər, yoxsa onların işi elə əl-ayağa dolaşmaqdır? Təsadüfi deyil ki, Fransa kimi ermənipərəst ölkələr bu təşkilatlar və birliklərin əli ilə onsuzda həll olunmuş münaqişəni yenidən açmağa çalışırlar. Rahatlıqla demək olar ki, əgər bir qurum və ya dövlət razılıq yolu ilə bağlanmış məsələni açırsa, onu yenidən gündəmə gətirməyə çalışırsa, onun məqsədi sadəcə yenidən qan tökməkdir. Onlar əvvəlcə ermənilərdən soruşmalıdırlar ki, sizin töküləcək qanınız və ya verə biləcək torpaqlarınız qalıb? Əgər bu xalq yenə də münaqişəyə başlayarsa sonuncu erməni yaraqlısı öləcək və İrəvanın boşaldılması barədə danışıqlar başlayacaq. Belə ki, onların üstündə döyüşə biləcək tankları Bakıdakı hərbi qənimətlər parkındadır. Tankı qalmayan bir yığın məğlubiyyət travmalı silahlının qalib ordunun qabağına çıxarmaq sadəcə ağılsızlıq olardı.

Ermənilər düşünür ki, bu məğlubiyyət hər şey bitdi demək deyil. Yəni onlar revanşist fikirdədirlər. Amma onlar bir yerdə haqlıdırlar. Bu məğlubiyyətləri hər şeyin sonu yox, başlanğıcıdır. Belə ki, bu müharibədən sonra Ermənistanda başlayan xaos, hələ də bitməyib. Artıq onların itirəcəkləri paytaxt İrəvandan başqa heç nə qalmayıb.

Fransadakı inqilab havası isə əsməkdə davam edir. Maraqlısı budur ki, Fransadakı inqilabçı tərəflərə erməni lobbisi də dəstək olur. Digər tərəfdən də Fransa parlamentinin, dövlətinin verdiyi qərarlarda erməni təsiri hiss olunur. Fransa da öz növbəsində revanşist erməniləri qızışdıraraq onları erməni xalqının axırıncı müharibəsinə sürükləyir. Belə ki, bu faşist ikili bir-birini içəridən parçalayarkən, bizə də hürməyi yaddan çıxarmır. Qısaca "it hürər, karvan keçər". Onların bu hürmələri heç bir praktik nəticəyə gətirib çıxarmayacaq.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə