Mayın 13-də Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovun altı aylıq əmək müqaviləsinin müddəti başa çatır və bu o deməkdir ki, yaxın gələcəkdə onun yerinə başqa bir hərbçi gələ bilər. SİA xəbər verir ki, rusiyalı hərbi ekspert Vladimir Yevsev Ermənistana məxsus “Joxovurd” qəzetinə verdiyi müsahibəsində, hər halda rotasiyanın məcburi bir şərt olmadığını söyləyib.
Eksperti qeyd edib ki, razılaşmaya əsasən, Rusiya hakimiyyəti komandiri altı aydan sonra dəyişə bilər, lakin bu məcburi şərt deyil. O, Rüstəm Muradovun Rusiyada, Vətənə xidmətlərinə görə təltif olunduğunu, onun işindən razı olduqlarını və səlahiyyət müddətinin uzadılmasının inandırıcı olduğunu qeyd edib.
Əlavə olaraq diqqətə çatdıraq ki, Rusiya mətbuatı Muradovun təyinatı ilə bağlı diqqətəlayiq məlumatlar barədə məlumatlar yayıb. Xüsusilə Muradovdan başqa digər namizədlərin olduğu da qeyd olunur. Hətta onun namizədliyinə baxıldığı vurğulanır.
Xatırladaq ki, Rüstəm Muradovu Baş Qərargah Müdafiə Nazirinə təqdim edib. Sonra Sergey Şoyqu tərəfindən onun namizədliyini Rusiya Prezidenti Vladimir Putinə təklif olunub. Ancaq buna baxmayaraq, Rüstəm Muradovun geri çağırılması mümkündür deyə düşünənlər var və hətta bu barədə Rusiyanın mətbuat səhifələrində də yazılar var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB