Ermənistanda seçkilər Paşinyan üçün nə vəd edir? - EKSPERT RƏYİ

“Ermənistanda siyasi vəziyyət mürəkkəb olaraq qalır. Azərbaycanın bu ölkə üzərində hərbi qələbəsi və torpaqları azad etməsi bu ölkədə siyasi parçalanmaya gətirib çıxardı. Hazırda erməni müxalifəti paraçlanma ilə seçkiyə gedir. “Vətən Uğrunda Hərəkat” seçkiyə getmir, Vazgen Manukyanın başlatdığı siyasi proseslər Paşinyana qarşı etrazlar fiaskoya uğradı. Növbəti mərhələdə eks-prezident Robert Koçaryan meydana çıxdı. Vətən partyasının sədri Artur Vanetsyan, Respublika partiyası Serj Sarkisyanın namizədliyini irəli sürsə də, Serj Sarkisyanı Artur Vanetsyan dəstəkləyəcək. Bundan əlavə, İşıqlı Ermənistan partiyasından Marukyan və Levon Ter Petrosyanın partiyası seçkilərə gedir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, göründüyü kimi parçalanmış müxalifət Paşinayana qarşı deyil, parlamentdə yer almaq üçün seçkilərə gedir: “Ümumiyyətlə seçkilərdə əsas diqqət çəkən məqamlar liderlərin Qarabağla və Azərbaycanla bağlı verdiyi açıqlamalardı. Hesab edirəm ki, Robert Koçaryanın digər müxaliflərdən fərqli olaraq reytinqi var. Amma Paşinayana qalib gəlmək şansı yoxdur. Çünki onun irəli sürdüyü proqram Rusiyadan aslılıq, revanşist və ölkənin əvvəlki vəziyyətdə saxlayaq iqtisadi blokdada qalmaqdır. Ona görə də xalq onun seçki kampaniyasında verdiyi açıqlamalarda heç də ölkəni sülhə və demokratik sürəcə gətirməyəcəyinin fərqindədirlər. Koçaryan sadəcə Qarabağ deyib duracaq. Bu da ona reytinq gətriməyəcək. Ümumiyyətlə Ermənitan cəmiyyəti üçün artıq Qarabağ məsələsi maraqlı deyil. Müharibə onlar üçün 21-ci əsrin ən böyük faciəsi idi. Müharibə onlara elə bir zərbə vurub ki, onlar üçün Qarabağ psixoloji zərbə və gənclərinin ət maşınında məhv olduğu bir yerdir. Ona görə də Koçaryan kimi odioz və Kremlin köləsinə səs verməyəcəklər. Digər namizədlərin nə dediyi Ermənistan üçün maraqlı deyil”.

M.Əsədullazadənin fikrincə, hazırda siyasi liderlərin verdiyi açılamalara fikir verdikdə ən optimist və regionda sülhün bərqərarına çalışan Paşinyandır: “Robert Koçaryan həmçinin, Artur Vanetsyan birbaşa revaşşist qüvvələrdir və onların bəyanatları birbaşa Ermənistan cəmiyyəti üçündə təhlükəlidir. Biz görürük ki, Baş nazir Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırlımasında maraqlı görünür. Zəngəzur dəhliznin açılmasını irəli sürür və bunun Ermənistana da əlverişli bir iqtisadi vəziyyətin gətirəcəyini elan edir. Ölkənin iqtisadi blokadadan çıxarılmasını irəli düşünməklə, yeni bir mərhələnin başlamasını elan edir. Amma, onu oponenetləri isə müharibə, Şuşa və Hadrut deməklə yeni bir təkliflər irəli sürmür. Türkiyə ilə sərhədlərin açılmasını Ermənistan üçün daha da dağıdıcı olacağını qeyd edirlər. Bu, onu göstərir ki, onlar birbaşa Kremlin siyasətini həyata keçirirlər. Ona görə də Ermənistan da hazırda əsas reyitnq Paşinyanın üzərindədir və onun növbəti dəfə hakimiyyətdə qalması Azərbaycanın maraqlarına cavab verir. Həmçinin bu Ermənistan cəmiyyətinin də maraqlarına cavab verir. Düşünürəm ki, Ermənistanda siyasi vəziyyət Paşinyanın xeyrinə dəyişəcək və bu da regional əməkdaşlığa və əldə olunan razılaşmaların həyata keçirilməsinə gətirib çıxaracaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...