Ermənilərin "genosid" isterikası necə iflasa uğradı? SİYASİ RAKURS

Ermənilərin "genosid" isterikası necə iflasa uğradı? SİYASİ RAKURS

Yaxud ABŞ prezidenti erməni “genosidinə” yağlı nöqtə qoydu

Məlumdur ki, ermənilərin saxta soyqırımının tanınması üzərində illərdir ki, nümayiş etdirdikləri üz-gözlərini cırmaları, beynəlxalq təşkilatların iştirakı ilə siyasi səhnəyə qoyduqları saçyoldu tamaşaları heç də ədalət naminə deyilmiş. Daha dəqiq desək, onların belə bir klounadalarının arxasında dayanan əsas maraq kompensasiya qazanmaq, özlərinə sərf edən siyasi üstünlük əldə etmək və torpaq iddialarını gerçəkləşdirmək idi. Prinsipcə, burada hər hansı bir yenlik də yoxdur. Öncə aqressiya göstərmək, ardınca cavab reaksiyasını almaq, sonra isə bütün instansiyalara “genosid” barədə hay-şivən qaldırmaq. Əslində, bu oyun daşnakların ən çox yayılmış təbliğat fəndlərindən biridir. Bütün bunlar isə əlbəttə ki, yalnız səmərə götürmək naminə edilir.

Vaxtilə onlara qucaq açan Osmanlı imperiyasına, çörək və iş verən bir dövlətə, vətənə qarşı xəyanət ediblər, üstəlik, kompensasiya tələb edirlər - həyasızlıq isə, sözün əsl mənasında, şkalanı aşır!

Nəticədə - Bayden “genosid” ifadəsini işlətdi və daşnaklar dərhal bu ifadədən feyzə qapılaraq, sevinclərindən qanadlanaraq başladılar “onlara ödəniləcək kompensasiyaları” saymağa. Baxın, vaxtilə onlara qucaq açan Osmanlı imperiyasına, çörək və iş verən bir dövlətə, vətənə qarşı xəyanət ediblər, üstəlik, kompensasiya tələb edirlər - həyasızlıq isə, sözün əsl mənasında, şkalanı aşır!

Fəqət, onlar hətta Baydenin “genosid” ifadəsini işlətməsindən sonra aldandıqlarının, ABŞ prezidenti tərəfindən “atışa” məruz qaldıqlarının fərqinə varmayıblar. Daha dəqiq desək, qoca Bayden onları barmağına dolayaraq “atıb”, hətta indiki gənclərin jarqonu ilə izah etsək, “fırladıb”. Necə? Onu da izah etmək çətinlik yaratmır.

Beləliklə, Bayden “erməni genosidi” ifadəsini işlətdi, amma bu ifadəni işlədən ABŞ prezidenti beynəlxalq məhkəmə deyil. Yəni Haaqa İnsan Haqları Məhkəməsinin fəaliyyətinin Ağ evlə, Dövlət Departamenti ilə, yaxud Konqreslə, bütövlükdə Amerika siyasəti ilə heç bir əlaqəsi yoxdur və bir dövlətin verdiyi hər hansı bir qərar heç də bəşəriyyət tərəfindən qəbul olunmaq məcburiyyətini də daşımır.

Genosid haqqında qanun sonradan – Osmanlı imperiyası süquta uğradıqdan sonra qəbul edilib və geriyə doğru işləmir, çünki məntiqsizdir

Yəqin ki, cəmi bircə gecə eyforiyaya qapılmış haylar bunu da bilməmiş deyillər. Üstəlik, bu məsələdə məhkəmə də heç bir rol oynamır və kömək etmir. Niyə? Bunu da anlatmaq çətin deyil.

Birincisi, Osmanlı imperiyası çoxdan mövcud deyil. Genosid haqqında qanun isə sonradan – Osmanlı imperiyası süquta uğradıqdan sonra qəbul edilib və geriyə doğru işləmir, çünki məntiqsizdir. Yalnız qanun qəbul ediləndən sonrakı illərdə baş verən soyqırımı olayları bu qanun timsalında hüquqi qiymət ala bilər. Misal üçün, Fransanın Əlcəzairdə törətdiyi soyqırımı, Ermənistanın Azərbaycan xalqına tətbiq etdiyi soyqırımları, yaxud Serblərin Bonsiya xalqına qarşı qətliam cinayətləri. Bənzər cinayətlər yüzlərlədir və ədalətli qərarların verilməsini gözləyirlər. Yəni bütün bunlar Haaqa Beynəlxalq Məhkəməsndə (İnşaAllah) qaldırılmalı məsələlərdir və cinayətkarlar öz əməllərinə görə cavab verməli olacaqlar.

Nəticədə, əgər soyqırımı haqqında qanun Osmanlı imperiyası süquta uğradıqdan illər sonra qəbul olunubsa, buraya müasir Türkiyə Cümhuriyyətinin hansı aidiyyatı ola bilər? Bununla da erməni “genosidi” bir gecəlik eyforiya yaşadı ermənilər üçün və məsələyə yağlı bir nöqtə qoyulmuş oldu. Bayden ermənilərə, sözn əsl mənasında, “atdı” və indi ermənilərin cınqırlarını çıxarmağa belə halları qalmayıb...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə