Barak Obama və David Kameron birlik mesajı veriblər. ABŞ prezidenti ilə İngiltərənin baş nazirinin birgə hazırladıqları məqalə İngiltərənin \"Times\" qəzetində çap olunub. SİA qəzetdəki məqalənin bir hissəsinin Azərbaycan dilində tərcüməsini təqdim edir:
\"ABŞ və İngiltərə arasında yalnız tarixi bənzərlik deyil, eyni zamanda bir sıra fərqli sahələrdə də eyniliklər var. Tarixi fəaliyyətimiz, müharibələrimiz, iqtisadiyyatımızın yenidən bərpası, ehtiyaclarımız və inanclarımız eynidir. Əfqanıstan, Liviya və bir sıra dünya ölkələrində ABŞ və İngiltərə diplomatları birgə fəaliyyət göstərirlər. Fərqli siyasi ənənələrdən gələn iki lider ölkə olmağımıza baxmayaraq dünyaya eyni prizmadan baxırıq ki, bu da çox önəmlidir. Ən əsas məqamlardan biri də odur ki, hər iki ölkə eyni strateji fürsətləri gözləyir.
\"Əl-Qaidə\" terror təşkilatının lideri Üsamə bin Ladinin öldürülməsi çox əhəmiyyətli hadisədir, amma təbii ki, bu o demək deyil ki, dünyada terror hadisələri sona çatacaq. Lakin yenə də baş verə biləcək bütün terror hadisələrinə, ümumiyyətlə, terror hücumlarına qarşı birlikdə fəaliyyətimizi davam etdirəcəyik.
Ərəb dünyasında baş verən hadisələrin yatırılması və nümayişlərin qarşısının alınması üçün şiddətdən istifadə olunmasının qəti əleyhinəyik. Ərəb dünyasında demokratiyaya keçid mövzusunu dəstəkləyir və bu istiqamətdə fəaliyyətimizə davam edirik. Lakin bütün hallarda şiddətdən istifadə edən ölkələri və qüvvələri xəbərdar edirik. Azadlıq nümayişləri edən insanların istəkləri, tələbləri bombalar və güllələrlə susdurulsa, bunun qarşısında susmayacağıq. Biz güc tətbiq etməyin tərəfdarı deyilik, amma xəbərdarlığımız nəzərə alınmasa, təbii ki, mənfəətlərimiz və dəyərlərimiz söz mövzusu olacaq. Belə olduqda necə davranmalı olduğumuzu bilirik və bizi buna vadar etmələrini məsləhət görmürük
Orta Şərq və Şimali Afrikadakı hadisələrdə də həmçinin, qaranlığı işıqlandırmaq istəyənlərin yanında olacağıq və demokratiya üçün tətbiq edilən təzyiqi deyil, demokratiya istəyənləri dəstəkləyəcəyik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB