“Hərbi Qənimətlər Parkı işğalçının faşist xislətini də göstərir” Əli Hüseynov

“Hərbi Qənimətlər Parkı işğalçının faşist xislətini də göstərir” Əli Hüseynov

“Beynəxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” siyasətinin rəhbərliyilə qısa müddətə - 44 gün müddətində Azərbaycan ordusu öz gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Azərbaycan vətən müharibəsində Qələbəsini rəsmiləşdirdikdən sonra Prezident cənab İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqda təşəbbüs irəli sürdü. Artıq açıq səma altında nadir park salınıb. Bu gün biz artıq öz gələcəyimiz ilə Hərbi Qənimətlər Parkının görəcək və ziyarət edəcəyik. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar qənimətlər sırasındadır”. Bu sözləri YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov SİA-ya açıqlamasında bildirib.

Ə.Hüseynov Hərbi Qənimətlər Parkının müharibənin mövqeyini, qələbəmizin möhtəşəmliyini göstərən qiymətli bir xəzinə olduğunu söyləyərək bildirib ki, ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı da Azərbaycan Ordusunun 44 gündə yüksək döyüş ruhunun nəyə qadir olduğunu bütün dünyaya göstərdi: “Bu Qələbə bayramında uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənin qənimət kimi götürülən hərbi texnikasının bir hissəsinin nümayişi də qürurverici hadisə kimi yadda qaldı. Bu, eyni zamanda, kapitulyasiyaya imza atan Ermənistanın, həmçinin ona havadarlıq göstərən dövlətlərin illərlə yaratdıqları «məğlubedilməz erməni ordusu” mifinin darmadağın edildiyinin bir daha təsdiqi faktına çevrildi, işğalçının faşist xislətindən, vəhşiliyindən, hərbi cinayətindən xəbər verir. Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında bu barədə deyib: “İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq.

Dövlətimizin başçısı çıxışında vurğuladığı kimi, bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur. Bu parlaq nailiyyətlə yeni reallıq yaranıb. Bu reallıq qan tökülərək, cəsarət göstərilərək, düşməni qovaraq reallaşdırılıb. İndi isə düşməndən təmizlənən ərazilərimizdə həmin reallıqdan irəli gələn genişmiqyaslı bərpa-quruculuq layihələrinin gerçəkləşdirilməsinə başlanılıb”.

“Hərbi Qənimətlər Parkı – milli qürurumuzun ünvanıdır”,- deyən Ə.Hüseynov bildirib ki, Cənab Prezident bu günlərdə Azərbaycan Televiziyasına verdiyi müsahibədə demişdir: “Mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır – təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur”.

YAP Ağsu rayon təşkilatının sədri Ə.Hüseynov onu da vurğulayıb ki, Hərbi Qənimətlər Parkı və Muzeyi bu günə qədər Azərbaycanda qurulmuş və qurulacaq bütün park və muzeylərdən fərqlənir: “Bu park Azərbaycanın Ermənistan üzərində həm hərbi, həm də psixoloji üstünlüyünün təcəssümüdür. Qısa zamanda ərsəyə gələn bu Park bir canlı tarixdir! Bir qürur mənbəyidir! Möhtəşəm bir əsərdir! Xalqımızın qürur mənbəyidir, hər bir azərbaycanlı üçün qürur mənbəyi və and yeridir, Azərbaycan xalqının şanlı tarixidir. Biz qalib xalqıq. Bu park həm də bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır. Belə bir kompleksin yaradılması, sözsüz ki, gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə