Bayden "erməni soyqırımı" ifadəsini işlətməz ÖZƏL-MÜNASİBƏT

“Biz hər il "erməni soyqırımı" adlı saxta, guya baş vermiş tarixi hadisənin ildönümü ərəfəsində erməni KİV-nin və ya onların beynəlxalq arenada fəaliyyət göstərən lobbilərinin bu cür yazılarına daim rast gəlmişik. Lakin hər dəfə də ABŞ prezidentlərinin çıxışlarında istədikləri ifadəni eşitməyəndə onların məyusluqla verdikləri izahatları da dinləmişik. Mən hesab edirəm ki, bu dəfə də eyni vəziyyətin şahidi olacayıq.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Anar Xəlilov Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

İctimai Birliyin sədrinin sözlərinə görə, Ermənilər Paşinyan hakimiyyətinə güclü dəstək verən Baydenə çox ümüdlüdürlər və çox inanırlar ki, Bayden öz çıxışında "soyqırım" ifadəsini işləyəcəkdir, ancaq ermənilər hələ də dərk edə bilmirlər ki, ABŞ siyasəti kimlərəsə rəğbət və ya digər yaxınlıq əlaqələrinə görə yox, dövlətin strateji maraqları üzərində formalaşıb, hansıki bu belə olub və uzun müddət bundan sonra da belə olacaqdır.
“Düzdür bu gün ABŞ və Türkiyə arasında müəyyən sahələrdə fikir ayrılığı və gərginlik mövcuddur. Buna səbəb ABŞ dövlətinin özünü "böyük potron" rolunda görməsi və Türkiyəyə qarşı diqtə siyasəti aparması olmuşdur. Lakin Türkiyə dövləti uzun əsrlik dövlətçilik tarixi və ənənəsinə sadiq olaraq kiminsə diqtəsi ilə hərəkət etməyəcəyini bəyan etmiş və dövlət olaraq müstəqil siyasətə malik olduğunu artıq ortaya qoymuşdur. Hesab edirəm ki, ABŞ dövləti və digər böyük dövlətlər də artıq bununla hesablaşmaq məcburiyyətindədirlər. Amma unutmaq lazım deyil ki, Türkiyə ABŞ-ın regionda strateji və güvəndiyi müttəfiq idi. Türkiyəni bir müttəfiq kimi itirilməsi ABŞ-ın bütün yaxın şərqdə apardığı siyasətinin uğurunu sual altına almış olar. Təbii ki, ABŞ dövlətinin idarə edən siyasi dairələr bunu dərk edir və Türkiyəyə qarşı nə qədər də sərt siyasi mövqe tutsalar da nəticə etibarı ilə müttəfiqliyin qorunmasında maraqlıdırlar.

Bu gün hərbi gücünə görə NATO-da ikinci yeri tutan Türkiyə ABŞ üçün daha dəyərlidir, nəinki Rusiyanın tam nəzarəti altında olan Ermənistan. Dövlətin strateji maraqları türklərə nifrət və ya ermənilərə sevgi üzərində qurulmur. Burada əsas məsələ dövlətin maraqlarının təmin olunmasıdır. Türkiyə ABŞ dövləti eləcə də Qərb üçün regionda çox qiymətli müttəfiqdir. Nəzərə alaq ki, Türkiyə və Azərbaycan bu gün strateji müttəfiqdir.
Türkiyənin Azərbaycanda nüfuzu çox yüksəkdir. Son 44 günlük Vətən müharibəsindən sonra bu nüfuz daha da artmışdır. Bundan əlavə Azərbaycan Rusiyanın təsir dairəsində saxladığı Orta Asiya türk dövlətlərinə körpüdür. O zaman Türkiyənin Qərb üçün necə qiymətli müttəfiq olmasını izah etməyə ehtiyac qalmır. Məhz bu və digər amilləri də nəzərə alsaq hesab edirəm ki, Bayden öz çıxışında "erməni soyqırımı" ifadəsini işlətməyəcək və yaxın dönəmlərdə də ABŞ dövləti bunu tanımayacaqdır. Əgər bunu etmiş olsalar çox böyük bir siyasi səhvə yol vermiş olarlar ki, bu da dünya düzəninin yenidən qurulmasına aparıb çıxara bilər. Bu isə böyük iqtisadi və hərbi müharibələrə səbəb olar. Bundan uduzan Qərb olar. Çünki Türkiyənin bu gün seçim imkanları vardır. Bu halda NATO-nu tərk edərək yeni müttəfiqlik münasibətlərinin qurulmasında Türkiyənin heç bir problemi görünmür. ABŞ-la müharibə vəziyyətində olan İran, Rusiya potensial olaraq Türkiyənin yeni müttəfiqi rolunu oynayacaqdır. Buraya bu gün regionda daha bir güc olan Azərbaycanı da və gələcəkdə Çini, Pakistanı da əlavə etsək hansı güc mərkəzinin yarandığı bəlli olar. Bu isə Qərbin xeyli mövqelərinin itirilməsi deməkdir. NATO-ya qarşı Varşava müqaviləsindən sonra yaranan alternativ güc deməkdir. Hesab edirəm ki, ABŞ rəsmiləri qondarma "erməni soyqırımı" məsələsində ancaq spekulyasiya ilə məşğul olmaqda davam edərək dərinə getməyəcəklər”, deyə Anar Xəlilov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə