Ermənistanın müdafiə naziri Seyran Ohanyanın \"Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpa ediləcəyi təqdirdə, Ermənistan KTMT üzrə müttəfiqlərinin köməyinə arxayındır\" bəyanatına münasibət bu dəfə Qazaxıstandan gəlib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Qazaxıstan prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Murat Laumulin deyib ki: "Qarabağda münaqişə başlayarsa, bu Azərbaycanın Ermənistana hücum etməsi olmayacaq. Bu cür münaqişə Azərbaycanın daxili işidir, çünki Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB