AVRONEST PA-da sosial məsələlərə xüsusi diqqət yetirilib - FOTOLAR

Avronest PA-nın aprelin 19-da keçirilən Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin onlayn iclasına Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı həmsədrlik edib. Öncə "Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində etibarlı səhiyyə sistemi və davamlı pensiya islahatları nəzərə alınmaqla həyatın keyfiyyəti haqqında" hazırlanmış hesabata Komitənin rəyi diqqətə çatdırılıb.

Sonra "Avropa İttifaqı və Şərq Tərəfdaşlığı regionunda COVID-19 pandemiyasının sosial nəticələri", həmçinin "Avropa İttifaqı və Şərq Tərəfdaşlığı regionunda peyvənd səylərinə yardım" mövzularında ətraflı fikir mübadiləsi aparılıb.

SİA xəbər verir ki, müzakirələrdə Milli Məclisin deputatı Hicran Hüseynova fikirlərini bildirib, koronavirus infeksiyasına qarşı mübarizə sahəsində Azərbaycanda görülmüş işlərdən danışıb. Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasında gündəlikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.

Tədbirdə Milli Məclisin nümayəndə heyətinin üzvlərindən Qüdrət Həsənquliyev də iştirak edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...