Azərbaycanın Cinayətkara bir cavabı var - x- CƏZA!

Vidadi İsgəndərli kimilər qanun qarşısında cavab verməlidirlər

Xarici ölkələrdə istəməyən qüvvələr, ayrı-ayrı çevrələr var. Onların müəyyən hissəsi də Fransada yerləşir. Nəyə görə məhz Fransa? Bildiyiniz kimi, Fransa erməni diasporunun çox olduğu dövlətlərdən biridir. Fransa erməni diasporunun bir çox hallarda təsiri altına düşür. Hətta bu xarici siyasətdə də belədir. Məlumdur ki, Fransanın bir sıra şəhərlərinin merlərinin, Fransa parlamentinin bəzi senatının üzvlərinin işğal altındakı Dağlıq Qarabağa səfəri baş tutub. Bütün bunlar hamısı ondan xəbər verir ki, Fransada böyük ermənipərəst qüvvələr var. Və həmin ünsürlər Azərbaycana qarşı zaman-zaman iş aparıblar və antiAzərbaycan fəaliyyəti ilə məşğul olublar. Həmin manqurtlardan biri də Vidadi İsgəndərlidir ki, o da bir çoxları kimi Fransaya gedib və orada “sığınacaq” alıb.

Zəmanəmizin manqurtu...

Özünü hüquq müdafiəçisi kimi qələmə verən Vidadi İsgəndərli öz çirkin əməllərini ört-basdır etmək məqsədilə Avropaya – Fransaya qaçaraq “siyasi mühacir” adı altında bu ölkəyə sığındı. Sığınan kimi də bütün etik normaları aşmaqla və bununla da əxlaq səviyyəsinin aşağı olduğunu bir daha nümayiş etdirməklə ölkəmizə, eləcə də nüfuzlu ictimai-siyasi şəxslərə qarşı təhqirlər, hədyanlar yağdırmağa başladı. Bununla da anormal düşüncəyə sahib olan Vidadi İsgəndərli sosial şəbəkələrdə səsləndirdiyi fikirlərlə, söyüş və təhqir dolu videolarla havadarlarının daha çox «rəğbətini» qazandı. Bu o Vidadi İskəndərlidir ki, xalqımız, bütün türk dünyasının qürur və iftixar hissi ilə bir milyondan çox soydaşlarımızın 30 illik həsrətinə 44 gün ərzində son qoymaqla ərazi bütövlüyümüzə nail olduğumuza sevindiyi halda, bu gün Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edən manqurt Vidadi İsgəndərli və onun kimiləri üçün milli heysiyyat, Vətən, xalq məfhumu havadarlarından aldığı qrantlarla müqayisədə çox dəyərsizdir. Şübhəsiz, belə xəyanət yolunu tutanlar ermənilər, ya da Avropadakı erməni təşkilatları ilə birbaşa bağlı olanlardır. Yeri gəlmişkən, qeyd edək ki, II Dünya müharibəsi dövründə faşistlər müxtəlif millətlərdən olan satqınları ətraflarına yığaraq onlardan müxtəlif şəkildə istifadə edirdilər. Bu gün isə ermənilər öz sələflərinin əməllərindən daha səmərəli şəkildə faydalanmaqdadırlar. Satqınlığı, gizli təşkilatlarla əməkdaşlığı sübut olunan, yalan, böhtan söyləməklə rekordları qıran Vidadi İsgəndərli kimi Vətən xaininin torpağına, elinə, obasına qənim kəsilməsi bunlarla bitmir. Vicdanını yadellilərə satan Vidadi İsgəndərli bu günlərdə terrorçulara xas olan fikirlər səsləndirməklə özünün də terrorist niyyətini ortaya qoyub. Belə ki, bu vətən xaini deyib: “Biz Qarabağda müharibə elan etsə, həmin silahı ermənilərə qarşı yox, Azərbaycan hakimiyyətinə qarşı istifadə edəcəyəm”.

Göründüyü kimi, Ermənistana və ermənipərəst dairələrə xidmət edən Vidadi İsgəndərlinin belə bir fikir söyləməsi onun erməni xislətindən irəli gəlir. Bu mənada bütün gününü Azərbaycan əleyhinə təbliğat aparan ermənipərəst dairələrlə keçirən bir kəsin, manqurt Vidadi İsgəndərlinin belə «düşünməsi» heç də təəccüblü deyil. Amma Vidadi İsgəndərli unutmasın ki, «Dağlıq Qarabağ» problemi artıq yoxdur. Artıq 2020-ci il noyabrın 10-da, 44 gün ərzində Qarabağ Azərbaycandır və Nidasını qoyub. O zaman sən Vidadi İsgəndərli silahdan ermənilərə qarşı istifadə et. Bir də Azərbaycan hakimiyyəti xalqa məxsusdur. Bu gün hakimiyyətlə xalq yekdildir. Bu isə o deməkdir ki, sən vətən xaini kimi öz xalqına ermənilərdən betər qənim kəsilmisən, hətta onun qanına susamısan. Səni isə bu rəzalətlərinə görə indiki və gələcək nəsillər nifrətlə yad edəcəklər. Üstəlik, xalqımız, dövlətimiz, ölkəmizin başçısına qarşı belə mövqe nümayiş etdirdiyinə görə qanun qarşısında cavab verməli olacaqsan. Çünki cinayətkara bir cavab var - x- CƏZA!

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə