Paşinyanın açıq etirafı: Ermənistan ordusu artıq mövcud olmayacaq

"Ermənistanın xarici təhlükəsizliyini təmin etməyin əsas məqsədi Ermənistan-Rusiya ittifaqıdır." SİA xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, baş nazirin nitqindəki vacib açıqlamalardan biri də Nikol Paşinyanın açıq şəkildə Ermənistan ordusunun ayrı bir quruluş olaraq varlığını dayandıracağını və Ermənistan ordusunun Rusiya ordusu daxilində “islah” edəcəyini etiraf etməsi idi.

“Ermənistanın xarici təhlükəsizliyinin əsasını Ermənistan-Rusiya ittifaqı təşkil edir. Rusiya hərbi bazasının genişləndirilməsi və Sünikdə bir qala yaradılması ehtimalını müzakirə edirik”, deyə Paşinyan bildirib.

Göründüyü kimi, Ermənistan tərəfinin mif kimi təqdim etdiyi ordunun bir yalan olduğunu, əslində, işğalçı ölkənin hərbisinin yox dərəcəsində olduğunu artıq hamı çox yaxşı gördü və məhz bu səbəbdən erməni baş nazirinin belə bir nəticəyə gəlməsi anlaşılandır. Azərbaycan Ordusu, Ali Baş Komandanının rəhbərliyi altında Ermənistanın mifik ordu təsvirlərini tamamilə darmadağın etdi və bu vəziyyətdə, başda elə baş nazirin özü olmaqla, ermənilərin yenə də rusların ətəyindən tutmaq cəhdləri, bəlkə də arzuları səbəbsiz deyil. Görünür, bundan sonra hansısa bir ordu, yaxud silahlı qüvvələr, ya da hərbi güc barədə Ermənistanın zərrə qədər ümidi qalmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə