Antimilli şuranın xain, məkrli missiyası

Antimilli şuranın xain, məkrli missiyası

Xəyanətə görə isə gec-tez hər kəs cavab verməli olacaq

Əslində, müxalifət düşərgəsində hər kəs öz məkrli, xain missiyası ilə aydın şəkildə erməniyə dəstək olduqlarını öz fəaliyyətləri ilə (əgər buna fəaliyyət demək olarsa) çılpaqlığı ilə nümayiş etdirir. Və bu dırnaqarası qurum yarandığı vaxtdan çoxdan özlərini tamamilə deşifrə ediblər. Onların bütün fəaliyyətlərində xüsusi sifarişlərin olması açıq şəkildə görünür və hakimiyyət naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə hazır olan, ucuz populizmə, şablon və primitiv təbliğat metodlarına üstünlük verən bu düşərgənin təmsilçiləri mövcudluqlarını göstərmək naminə spekulyasiyalar edirlər. Milli maraqlar qarşısında məsuliyyət hissi olmayan bu qüvvələr hələ də meydan eyforiyasından, ictimai rəydə ikrah hissi doğuran ənənəvi təbliğat metodlarından əl çəkə bilmirlər. Çünki bu qüvvələr öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Azərbaycanda yaradılmış demokratik şəraitdən bəhrələnmək əvəzinə, müəyyən illüziyalara qapılaraq ölkədəki proseslərin idarəolunmaz müstəviyə keçirilməsinə çalışırlar. Unudurlar ki, "ənənəvi müxalifətçilik" - populizm, ifrat radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlərlə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmaq mərhələsi Azərbaycan siyasəti üçün aktuallığını tamamilə itirib.

Radikal müxalifət antiazərbaycançı şəbəkənin «beşinci kolon»una çevrilib

Bəli, 1993-cü ildən bugünədək Azərbaycan tamamilə dəyişib və inkişaf edib. Ölkədə dəyişməyən təkcə radikal müxalifət düşərgəsidir. Onlar 1992-ci, 1993-cü ildə necə olublarsa, bu gün də o vəziyyətdə qalıblar. Bu gün də həmin düşərgənin liderləri siyasi mübarizəni intellektual səviyyədə deyil, hələ də küçə təfəkkürü səviyyəsində aparırlar. Budur bunların siması – dəyişə də bilməyəcəklər. Çünki xəmirləri belə yoğrulub. Və bu gün Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Gültəkin hacıbəyli, Arif Hacılı, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Leyla Yunus və bu kimi ünsürlərin sosial şəbəkələrdə gecə-gündüz Azərbaycan dövlətçiliyinə qarşı böhtan çıxışları ilə xalqın nəinki nifrətini, hətta əsəblərini gərginləşdirir. Çünki xalqımızı 1993-ci ildən bu günə kimi bu xain və satqın ünsürlərin çıxışlarının xarici antiazərbaycançı dairələrin maraqlarına hesablanan və onların buyruq qulu olduğunu sübuta yetirir. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzünü çoxdan görüb və radikal düşərgənin əsas "oyunçular"ından biri olan AXCP sədri Əli Kərimlinin son aylarda siyasi "fəal"lığını artırmasının da onun xaricdən "əmr" aldığını da yaxşı bilir. Faktiki olaraq, Azərbaycandakı ifrat radikal müxalifət partiyalarının sədrləri xarici antiazərbaycançı dairələrin ölkəmizdəki "beşinci kolon"una çevriliblər. "Beşinci kolonna", yəni erməni «dəyirmanına su tökən» düşmənin gizli agentləri Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Gültəkin hacıbəyli, Arif Hacılı, Vidadi İskəndərli, Sevinc Osmanyızı, Deyla Yunus və bu kimi ünsürlərin Azərbaycanın maraqlarını satanlar tezliklə buna görə xalq qarşısında cavab verməli olacaqlar. Bu o Əli Kərimlidirp ki, torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkünə çevirmiş işğalçı ermənilərlə "əməkdaşlığa" qol qoyan Ruslan Bəşirli olayını xalq hələ də unutmayıb.

Antimilli qüvvələrin Vətən müharibəsi zamanı xəyanətkar missiyalarını unutmamışıq

“Ayrı-ayrı ictimai nüfuzlu şəxslər, ictimai təsisatlar, media ictimai nəzarət sahəsində üzərinə düşən vəzifəni yerinə yetirməli, vəzifələrindən sui-istifadə edən məmurların neqativ fəaliyyəti ilə bağlı məslələri gündəmə gətirməlidir. Tənqidlərdən və xəbərdarlıqlardan nəticə çıxaranlar, fəaliyyətlərində dönüş edənlər təbii olaraq vəzifələrini davam etdirirlər. Nəticə çıxarmayanların aqibəti isə göz önündədir. Vəzifəsindən sui-istifadə edən dövlət məmuru kim olursa-olsun, mütləq şəkildə cəzalandırılır. Deyilənləri sübut etmək üçün təkcə son iki il ərzində vəzifədən azad olunan və həbs olunan məmurların siyahısına baxmaq kifayətdir”.

Bu fikirləri politoloq Yusif Bağırzadə söyləyib. Politoloqun sözlərinə görə, bir müddət öncə dövlət başçısının işğaldan azad olunmuş Şuşa şəhərində ayrı-ayrı dövlət məmurlarının rəhbərlik etdikləri qurumların regional ofislərinin açmaq istəmələri ilə bağlı xəbərdarlığını yəqin ki, xatırlayırsız. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi maraqlarını güdən bəzi məmurlara növbəti dəfə ciddi mesaj oldu: «Ölkə rəhbərinin tənqidləri həmin məmurların əməllərinin adekvat cavabı idi. Cənab İlham Əliyev haqlı olaraq bildirdi ki, bəzi məmurların ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə yeni ofis yaratmaq üçün açıqlamalar verməsi tamamilə qəbuledilməzdir. Məmurlar dövlət qulluqçusunun etik davranış normalarına əməl etməli, öz yerlərini bilməli, öz işləri ilə məşğul olmalıdırlar. Hər bir dövlət qulluqçusu Prezidentin “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir” devizini öz fəaliyyətlərində əsas götürməlidirlər. Bir daha təkrar edirəm ki, bütün bu kimi problemlərin ortaya çıxarılmasında hər birimiz fəal olmalı və ictimai nəzarəti həyata keçirməliyik.”

Politoloq əlavə edib ki, ictimai nəzarətin vacibliyini dövlət başçısı daim vurğulayır. Düzdür indi ucuz populyarlıq dalınca qaçan ayrı-ayrı radikal müxalifət təmsilçiləri, “milli şura” adlanan qurumda təmsil olunan ayrı-ayrı fərdlər ictimai nəzarətin vacibliyi ilə bağlı elə ağız dolusu danışırlar ki, sanki bu təklif məhz onlara məxsusdur. Amma bir şeyi unudurlar ki, ictimai nəzarət şuralarının yaranmasının təşəbbüskarı elə məhz dövlət başçısı özüdür. Prezident İlham Əliyev tərəfindən hələ 2013-cü ildə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu təsdiqlənib və 2013-cü il 22 noyabr tarixində həmin qanunun tətbiqi ilə bağlı fərman imzalanıb. İndi əsas məsələ ayrı-ayrı dövlət strukturları tərəfindən yaradılan ictimai nəzarət şuralarında həqiqətən də dəyərli ictimaiyyət nümayəndələrinin iştirakının təmin olunması ilə bağlıdır. Cənab Prezident də ictimai nəzarətlə bağlı danışarkən və ictimai nəzarətin zəruriliyini vurğulayarkən məhz bu amili əsas götürərək çıxış edir. İndi ictimai nəzarətlə bağlı hökuməti tənqid edən qüvvələr isə yaxşı olardı ki, özlərinin bir illik hakimiyyətləri dövründə ölkədə baş-alıb gedən məmur özbaşınalıqlarını, hərc-mərcliyi, ayrı-ayrı məmurlar tərəfindən törədilmiş cinayətləri, dövlətin naziri tərəfindən mətbuat təmsilçilərinin döyülməsini və s. yada salsınlar. Axı bütün bunlar elə də uzaq tarix deyil və bir çoxlarımızın gözü qarşısında baş verib.”

Y.Bağırzadə qeyd edib ki, biz nə həmin günləri, nə də adını çəkdiyim antimilli qüvvələrin 44 günlük Vətən müharibəsində də öz xəyanətkar missiyalarını reallaşdıraraq ermənilərin dəyirmanına su tökməyini unutmuşuq: “Günü bu gün də həmin qüvvələr yalnız bir vəzifəni icra edirlər. Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatdığı, bütün dünyanın Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşdığı bir zamanda antimilli şura təmsilçiləri bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi qələbəmizə inamı sarsıtmağa, xalqın yeni qürur mənbəyinə şübhə yaratmağa çalışırlar. Gizli maliyyə dəstəyinin qarşılığında xaricdəki havadarlarının sifariş və tapşırıqlarını canla-başla yerinə yetirən bu antimilli dəstə informasiya texnologiyalarının yaratdığı geniş imkanlardan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını hər keçən gün daha da genişləndirərək yerli və beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırlar. Onların tutduğu bu yol xəyanət yoludur. Necə ki, bir məmuAncaq bilməlidirlər ki, dövlətimizə, xalqımıza qarşı xəyanət edən hər kəs bu xalqın qarşısında cavab verəcək».

Bəli, xəyanətə görə isə gec-tez hər kəs cavab verməli olacaq. Azərbaycan xalqı bunu heç vaxt nə unutmayıb, nə də unutmayacaq. Və bu qüvvələr, heç olmasa, Azərbaycan tarixinin Zəfər səhifələrini yazmış xalqın bir gün onları mühakimə edəcəyindən qorxsunlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə