Son günlərdə Vladimir Putinlə danışıqlar aparması üçün Ukrayna Prezidenti Vladimir Zelenskiyə heç bir müraciət olmayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, bir qədər əvvəl, Zelenskinin mətbuat katibi Yulia Mendelə istinad edilərək mətbuatda məlumatlar yayılmışdı ki, guya Ukraynanın şərqindəki münaqişənin böyüməsini müzakirə etmək üçün Moskva tərəfindən Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmasını barədə Ukrayna prezidentinə müraciət edilib. Amma Rusiya prezidentinin mətbuat, göründüyü kimi bunu təkzib edib.
"Xeyr, son günlərdə heç bir müraciət görməmişəm və son günlərdə heç bir müraciətdən xəbərdar deyiləm", deyə Peskov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB