Mirkazım Seyidov partiya sədri seçildi - FOTOLAR

Mirkazım Seyidov partiya sədri seçildi - FOTOLAR

Bu gün Böyük Dayaq Partiyasının təsis qurultayı keçirilib. SİA-nın verdiyi məlumata görə, Bakı şəhərindəki restoranlardan birindən idarə olunan qurultay pandemiya qanunlarına uyğun şəkildə baş tutub.

Qurultay nümayəndələrinin səsverməsi nəticəsində tanınmış ictimai-siyasi xadim Mirkazım Seyidov yeni yaradılan partiyanın sədri seçilib. Qurultaya qonaq qismində qatılan bir neçə tanınmış siyasi partiyaların funksionerləri, dünyanın müxtəlif ölkələrindəki tanınmış diaspor liderləri yeni yaradılan partiyaya öz təbriklərini çatdırıblar.

Qurultayda partiyanın İdarə Heyəti və digər rəhbər strukturları formalaşdırılıb. Sonda qurultay iştirakçıları adından ölkə ictimaiyyətinə ünvanlanan bəyanat qəbul edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə